Gürcüstandan Rusiyaya qarşı “ikinci cəbhə” yaratmaq istəyirlər – İrakli Kobaxidze


Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, keçmiş prezident Mixail Saakaşvilinin “Milli Hərəkat” partiyası ölkədə keçirilən seçkilərdə qalib gələrsə, Rusiyaya qarşı ikinci cəbhənin açılması təhlükəsi yaranacaq.

“Nəzəri olaraq, Milli Hərəkatın qayıdışına icazə versək, Avropaya inteqrasiya və hər şeydən geridə qalacağıq. Zəmanət verirəm ki, əgər belə bir nəzəri ssenari ba tutsaydı, onların burada ikinci cəbhə açması bir həftə çəkməzdi”, deyə Kobaxidze fikir səsləndirib.

Gürcüstanın hakim partiyasının üzvləri bundan əvvəl Ukrayna rəsmilərini və müxalif Vahid Milli Hərəkat Partiyasının tərəfdarlarını Gürcüstan ərazisində Rusiyaya qarşı müharibəyə qızışdırmaq cəhdində ittiham ediblər. Ölkə hakimiyyəti Gürcüstanın “ukraynalaşmasına” müqavimət göstərəcəklərinə də söz verib.



Oxşar Xəbərlər

Xəbər lenti