Fələstin Prezidenti Qəzzaya getmək istəyir

Sozcu.info "Anadolu agentliyi"nə istinadla xəbər verir ki, Fəlsətin Prezidenti Mahmud Abbas  avqustun 15-də Türkiyə parlamentində çıxış edib. Çıxış zamanı o, Fələstin hökumətinin üzvləri ilə birlikdə Qəzza bölgəsinə səfər etmək niyyətində olduğunu bəyan edib: "Başqa yol yoxdur. Bununla əlaqədar mən və Fələstin hökumətinin bütün üzvləri Qəzzaya getməyi qərara almışıq və bunu edəcəyik".
Mahmud Abbas Fələstin xalqının hüquqlarını dəstəklədiyinə və Qəzza bölgəsinə onlarla ton humanitar yardım göndərdiyinə görə Türkiyə dövlətinə minnətdarlığını bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti