İsrail nəşrindən qalmaqallı iddia:“Fələstin prezidenti KQB agentidir” – Təhlil

İsrail nəşrindən qalmaqallı iddia:“Fələstin prezidenti KQB agentidir”  – Təhlil

 Rusiya xarici işlər nazirliyi keçən həftə mətbuat üçün açıqlama dərc edib və məlumatda xarici işlər naziri müavini, Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Mixail Boqdanovun Ramallada Fələstin Azadlıq Təşkilatının (FAT) rəhbərliyi ilə görüşü təsvir olunub. O, FAT-in yüksəkçinli rəhbərləri Saib Arikat və Fələstin lideri dəftərxanasının baş katibi Taib Əbdürrəhimlə danışıqlar aparıb. Kremlin xüsusi nümayəndəsi Fələstin muxtariyyətinin vahidliyinin bərpası və FƏTH-lə (Fələstinin milli azadlığı uğrunda hərəkat-tərc) HƏMAS-ın (İslam müqavimət hərəkatı-tərc.) barışığına həsr edilmiş görüşün nəticələri üzrə Fələstin administrasiyasının həmin vaxt Polşada olan rəhbəri Mahmud Abbasa zəng edib.

Tərəflər arasındakı təmaslar aşağıdakı şəkildə təsvir edilib: "Fələstin problemi üzrə tərəflər arasında vəkalətli fikir mübadiləsinin gedişində İordan çayının qərb sahilində və Qəzza sektorundakı durumun inkişafına xüsusi diqqət ayrılıb… Fələstin rəhbərliyinin təmsilçiləri Fələstin-İsrail danışıqlar prosesinin qaydaya salınması məsələsində Rusiyanın roluna yüksək tələbatı vurğulayıblar”.

Bundan başqa, deyilib ki, "Abbas Yaxın Şərqdə etibarlı və ədalətli sülhün müəyyən edilməsi marağı ilə fəal Rusiya-Fələstin siyasi təmaslarının davam etdirilməsində dəyişilməz əhvalı təsdiq edib”.  

Mixail Boqdanovun Fələstin lideri və baş nazir Benyamin Netanyahu ilə  intensiv danışıqları hələlik konkret nəticələrə səbəb olmayıb. Rusiya XİN bəyanatına baxmayaraq, görüşün tarixi hələ təyin edilməyib və yaxud vaxtı dəyişdirilib. Səbəblərdən biri bu görüşün ilkin şərtləri barədə fikir ayrılıqları ilə bağlıdır. Rusiya müdaxiləsi sülh prosesini təzələməkdə daha bir növbəti cəhd oldu. Moskvanın müvəffəqiyyət şansı başqalarınınkından artıq olmasa da, Kremldə hesab edirlər ki, Vladimir Putinin sehrli toxunuşu amerikalılar, fransızlar, misirlilər və səudların məğlub olduğu nöqtədə uğur gətirə bilər. Yuxarıda sadalananların hamısı Abbasla Netanyahunun görüşünü təşkil etməyə cəhd edib və edir, lakin məlum olduğu qədər, nəticəsiz olub. Amma  Rusiya təşəbbüsünü birbaşa onunla bağlı olan iki nəfər ayırır. Onların adları son zamanlar tamamilə gözlənilməz xüsusda KİV-də görünüb. İsrail KİV-ləri Mahmud Abbasın 1983-cü ildən KQB agenti olduğu və Moskvaya hesabatlar göndərdiyi haqda reportaja xeyli diqqət ayırır, lakin Boqdanovun bu məsələdəki rolu praktik olaraq gözə çarpmayıb.

Əldə olan məlumatlara görə, İsrail televiziyası  kanalının xarici xəbərlərinin redaktoru, Londonda fəaliyyət göstərən Rusiya fərarisi Vasili Mitroxinin sənədlərinə isnad edən Oren Naharinin əlinə keçmiş məlumatlar Rusiya xarici işlər nazirinin indiki müavini gələcək Fələstin liderinin Dəməşqdə hüquqşünaslığı öyrəndiyi vaxt SSRİ-nin Dəməşq  səfiri idi. Boqdanov Abbasın birbaşa kuratoru idi. Əlbəttə, Fələstin təmsilçiləri təkzib yayıblar. Abbasın 1983-cü ildən sonra kuratorla görüşüb-görüşmədiyi aydın deyil.

Lakin bu mühüm məlumatlar İsraili ayaq saxlamaq və durumu yenidən nəzərdən keçirməyə vadar edir. Ümumiyyətlə, İsrail Rusiyaya etibar edib Kremlin və onun sadiq xidmətçisinin iştirakı ilə üçtərəfli danışıqlar apara bilərmi? Ramalla və Yerusəlimə müntəzəm şəkildə səfər edən, Abbasa istənilən anda zəng edə bilən Boqdanov etibara layiqdirmi? Kim dəqiq  bilər ki, onlar nədən danışırlar? Boqdanov Abbasdan Fələstin ərazilərindəki durum barədə soruşa bilər, həmçinin İsraillə təmasların həyata keçirilmə qaydası haqda əmrlər verər, həmçinin Fələstin liderinin tutduğu vəzifə ilə bağlı çıxışı olan müxtəlif məxfi məlumatları tələb edə bilər.  

Bu insident sülh prosesində Rusiyanın obyektivliyini şübhə altına alır və İsrail rəhbərliyini bu kanala Misir və ya Səudiyə kanalından üstünlük verib ona diqqət ayırmağına dəyib-dəymədiyi haqda düşünməyə məcbur edir.  Digər tərəfdən, Abbas, həqiqətən, Kremlə tabe olursa, onda, güman ki, İsrail başqası ilə – ya FƏT təmsilçiləri, ya da birbaşa Putinlə iş görməlidir. Əgər fələstinlilərə o, əmr verirsə, ən yaxşısı, onunla vasitəçilərsiz ünsiyyətdə olmaqdır.

Mənə elə gəlir ki, sülh prosesi yerində saydığından fələstinlilərin məlumatı diqqətlə öyrənməyi və gündəlik həyatlarına birbaşa toxunduğunu başa düşməyi lazımdır.Əgər onların lideri yad maraqlara xidmət edən xarici agentdirsə, həyatlarının xeyli yönləri asılı olan liderlərinə etibar edə bilərlərmi? Əgər onların rifahı onun üçün birinci yerdə deyilsə, onda işlər pisdir.

Yekunda Abbasın özünə bir-iki kəlmə. Sorğulara görə, HƏMAS-la müqayisədə sizin mövqeyiniz olduqca laxdır. FM-də tezliklə yerli özünüidarə orqanlarına seçkilər olmalıdır və HƏMAS FƏTH-ə ağrılı məğlubiyyət gətirə bilər. Bunu nəzərə almaqla yubanmadan ictimai təkziblə çıxş edərək sübutlar gətirməyinizə dəyməzmi? Əks halda pensiyaya çıxmaq sizə göründüyündən də tez baş verə bilər. Ən pis halda, Mübarək kimi başa vurmaq riski edirsiniz. Heç də ən yaxşı variant deyil.

Eli Klotşteyn

NRG (İsrail), 13.09.2016



Oxşar Xəbərlər

Xəbər lenti