8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Prezident İlham Əliyevin İtaliya prezidentinin dəvəti ilə səfər etməsi və Beynəlxalq Çernobbio Forumunda iştirak edərək çıxış etməsi dövlət başçımızın şəxsiyyətinə olan böyük hörmətin və Azərbaycana Avropada verilən dəyərin göstəricisidir. Azərbaycan-İtaliya münasibətləri bu gün dünya üçün mühüm töhfələr vəd edir və bu münasibətlər tarixin ən yüksək mərhələsinə qədəm qoymuşdur. Prezident İlham Əliyevin 4-6 sentyabr tarixlərində İtaliyaya baş tutan növbəti səfəri şübhəsizki, iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcəkvə münasibətlərdə yeni səhifə açacaq. İtaliya-Azərbaycan münasibətləri müstəqilliyimizi əldə etdiyimiz dövrdən də xeyli əvvəl başlayıb. Hələ 1903-1906-cı illərdə Bakıdan Batuma neft kəmərinin çəkilməsində italiyalı mütəxəssislər fəal iştirak ediblər. Hətta bu neft kəmərinin işə salınması və fəaliyyət göstərməsi ilə bağlı İtaliya şirkəti də yaradılmışdı. Həmçinin, XX əsrin axırlarında Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ probleminin həll olunması prosesində də yaxından və ilkin iştirak edən ölkələrdən biri məhz İtaliya olmuşdu. ATƏT-ın Mins qrupunun ilk sədrlərindən birinin italiyalı diplomat olması da təsadüfi deyil. Yəni İtaliya həqiqətən də bu məsələdə ölkəmizin maraqlarından çıxış edir.Azərbaycanda hakimiyyət möhkəmləndikcə və ölkədə stabillik yarandıqca İtaliya ilə əlaqələrdə də yeni şərait yarandı.İki ölkə arasındakı illik ticarət dövriyyəsi də 16 milyard dollara yaxındır. Əlbəttə ki, bu da çox ciddi rəqəmdir. Bu, o deməkdir ki, İtaliya ölkəmizin çox mühüm ticarət və enerji tərəfdaşına çevrilib. Bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək.İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya AvropadaAzərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. Qarşılıqlı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7milyard ABŞ dolları həcmində investisiya yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsədə, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri, həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 milyard dollar olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 milyard dollar olan 37 layihədə podratçı kimi iştirak edirlər. Bu statistika ikitərəfli münasibətlərdə iqtisadi faktorun güclü elementi sayılır.Prezident İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfərivaxtı Azərbaycan Respublikası və İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin qəbul edilməsi əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə gətirib çıxardı.
Pəri Əhmədova
Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin İnformatika müəllimi
Sozcu.info