8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, hakim "Gürcüstan arzusu" partiyasının Baş katibi və paytaxt Tbilisi şəhərinin meri Kaxa Kaladze ölkə Prezidenti Salome Zurabişvilinin Almaniyaya səfərindən danışarkən onun addımlarının Konstitusiyanın pozulması demək olduğunu qeyd edib. Kaladze Zurabişvilini "dələduz" və "Gürcüstanın düşməni" adlandırıb. Onun sözlərinə görə, Salome Zurabişvili Konstitusiynı pozmaqla gürcü xalqına zərər verir.Zurabişvili bu gün Berlin şəhərində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşməlidir. Bu barədə məlumatı Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer sosial şəbəkələrdə verib.Xatırladaq ki, Konstitusiyaya görə, Gürcüstan Prezidenti xaricə yalnız hökumətin razılığı ilə səfər edə bilər. 2021-ci ildə Salome Zurabişvili hakim partiyanın etirazlarına rəğmən, Almaniyaya səfər etmişdi. Bundan sonra Prezidentə qarşı impiçment məsələsi qaldırılsa da, bunun reallaşdırılması mümkün olmayıb.Kaladze deyib: "Konstitusiyanı pozan bir nömrəli şəxs olan bir nəfərin səfərini necə qiymətləndirmək olar? Əslində isə əksinə olmalıdır - o, Konstitusiyanı müdafiə edən birinci şəxs olmalıdır. Dövlətə, gürcü xalqına belə münasibət aşkardır. Konstiusiyanı pozmaqla yanaşı, Zurabişvili ölkə barəsində neqativ çıxışları ilə Gürcüstanın imicinə xələl gətirir".Kaladze daha sonra deyib: "Salome Zurabişvilinin nə fikirləşdiyi mənə maraqlı deyil. O, bu ölkənin düşmənidir... Sizin hökumətlə hər hansı bir fikir ayrılıqlarınız ola bilər, kimsə sizin xoşunuza gəlməyə bilər. Lakin ölkəyə niyə belə zərər vurursunuz? Ölkəyə zərər verə biləcək qədər dələduz olmaq necə mümkündür?"