"Avropa İttifaqı Gürcüstanda süni böhran yaradır"

Sozcu.info "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, dekabrın 10-da Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə Avropa İttifaqının Tbilisidəki səfiri Pavel Qerçinski danışıqlar aparıblar. Danışıqlar zamanı Gürcüstan tərəfi Brüsselə xəbərdarlıq edərək, münasibətlərin qarşılıqlı hörmət üzərində qurulmalı olduğunu bildirib. 
Bu barədə Gürcüstan XİN açıqlama verib. 
Görüş zamanı Gürcüstan hakimiyətinin ölkənin Avropaya inteqrasiyası ilə bağlı mövqeyi səsləndirib. 
İlk növbədə bu prosesin Gürcüstan üçün əhəmiyyəti qeyd edilib, Gürcüstanın Avropa İttifaqı ilə münasibətləri qarşılıqlı hörmət əsasında saxlamaq istədiyi bildirilib. 
Tbilisinin edilib. 
Eyni zamanda Brüsselin hazırda Gürcüstanda mövcud olan vəziyyəti obyektiv qiymətləndirməli olduğu diqqətə çatdırılıb.Tbilisi 26 oktyabr tarixində keçirilmiş parlament seçkiləri ilə əlaqədar Aİ tərəfindən meydana çıxarılan siyasi spekulyasiyalara görə narahatlığını ifadə edib. Avropa İttifaqının qətnaməsinin Gürcüstanda süni böhran yaradılmasına səbəb olduğu qeyd edilib.



Oxşar Xəbərlər

Xəbər lenti