24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxışı zamanı ölkəmizdə idmanın inkişafıilə bağlı fikirlərini də bildirib.Cənab prezident ilk növbədə, Azərbaycan idmançılarını bu il əldə edilmiş uğurları münasibətilə təbrik edib. 2024-cü ilin də Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib. Azərbaycan idmançılarınınbeynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etdiklərini, 1700-ə yaxın medal qazandıqlarını qürur hissi ilə vurğulayıb Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.“Əlbəttə ki, ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir.”-deyə bildirən prezident, müsəlman ölkələri arasında Azərbaycanın üçüncü yerdə olduğunu da qeyd edib. Növbəti yarışlarda da idmançılarımızdan qələbələr, uğurlar gözlənildiyini bildirən prezidentimiz gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün hər bir tədbirin görüləcəyini qeyd edib. Çünki Azərbaycan dövlətinin siyasəti bu istiqamətdə çox açıqdır, birmənalıdır və uzun illər ərzində aparılır.Cənab prezident bizim bundan sonrakı fəaliyyətimizin idmanın inkişafı ilə bağlı olacağını qeyd edib. Bununla bağlı olaraq federasiyalarda gücləndirmə işləri aparılmışdır. Həm ənənəvi medal gətirən idman növlərində, həm də bu günə qədər o qədər də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacağına ümid etdiyini vurğulayıb. Qeyd olunub ki, bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur, müxtəlif bölgələrdə, o cümlədən Qarabağ bölgəsində. Bakı şəhərində ən müasir idman infrastrukturumuz vardır.Son dövrlərdə ölkəmizdə idmanla bağlı keçirilən oyunlar, tədbirlər sadalanıb, bunun idmanımızın inkişafına nə kimi töhfələr verdiyi vurğulanıb.Ölkə başçımız işğaldan azad edilən ərazilərdə idman sahəsində görülən işlərdən fərəhlə danışıb: “O ki qaldı, azad edilmiş ərazilərə, siz yaxşı bilirsiniz ki, o ərazilərdə infrastruktur layihələri ilə yanaşı, keçmiş köçkünlərin yaşayışı üçün inşa edilən evlərlə yanaşı, idman infrastrukturu da yaradılır. Bəziləri hesab edə bilər ki, bu, bir az tezdir. Amma mən hesab edirəm ki, bu, mütləq olmalıdır. Çünki bu idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Məsələn, İmarət stadionunun inşa edilməsi - bunun çox böyük rəmzi mənası var. İndi Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilmişdir. Xankəndi şəhərindəki stadion, - hansı ki, Azərbaycan büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmişdir, - əsaslı şəkildə təmir edilir, demək olar ki, yenidən qurulur. Düz bir il bundan əvvəl Xankəndi stadionunda biz hamımız tarixi futbol yarışını izləmişik. Amma bu stadion da bütün beynəlxalq standartlara cavab verəcək və bu stadionun yenidən qurulması prosesi gələn il başa çatmalıdır. Azad edilmiş ərazilərimizdə digər idman qurğularının tikintisi nəzərdə tutulur və bütün bu işləri biz ardıcıllıqla edəcəyik.”Gələn il Azərbaycanın növbəti böyük idman yarışına ev sahibliyi edəcəyini bildirən prezidentimiz, bunun MDB Oyunları olduğunu xüsusi qeyd edib. Bunun üçün 14 şəhər seçilibdir və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Buna görə gələn ildən başlayaraq Gəncə şəhərində çox böyük təmir-bərpa işləri aparılacaq. Həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin. Cənab İlham Əliyev öz çıxışında idmançılara göstərilən dövlət qayğısından və bunun əhəmiyyətindən də danışıb. Qarabağ və Şərqi Zəngəzur bölgələrinə idmançılarımızın səfər etməsi, bu ərazilərə artıq 10 min insanın yerləşməsi, onların böyük hissəsinin uşaqlar və gənclər olmasını bildirən prezidentimiz o yerləri heç vaxt görməyən uşaqlar və gənclərin böyük həvəslə oraya qayıtmasını fərəhlə bildirib və idmançılara, idman ictimaiyyətinin nümayəndələrinə tövsiyə edib ki, o bölgələrə və bütövlükdə digər bölgələrə də tez-tez getsinlər. Orada həm görüşlər keçirsinlər, həm də ki, gənc idman istedadlarını seçsinlər. Çünki seleksiya işi, - indi idman mütəxəssisləri bunu yaxşı bilirlər, - əsas amildir.Cənab prezident idmançıları uğurları münasibətilə bir daha təbrik edib, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə də onları təbrik edib və can sağlığı, yeni uğurlar arzulayıb.Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi olub.Kəmalə İsmayılovaSuraxanı rayonu, S.S. Axundov adına 172 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimiSozcu.info