18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Azərbaycan Respublikasını Pakistanla qırılmaz şəkildə bağlayan uzun tarixi keçmişə söykənən tarixi, mədəni və etnik bağlar var. Xüsusilə də, Səfəvilər və Əfşarlar sülaləsinin hakimiyyəti dövründə Azərbaycanın bu bölgə ilə çox yaxın siyasi, iqtisadi və mədəni əlaqələri mövcud olmuşdur. Yüz illər öncə mövcud olan Səfəvi-Moğol və Əfşar-Moğol münasibətləri Azərbaycan – Pakistan əlaqələrinin əsasını və təməllərini təşkil edən vacib amillərdəndir. Məhz Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 12 dekabr 1991-ci ildə tanıyaraq bu addımı atan ilk dövlətlər sırasına düşmüşdür.Azərbaycan Respublikası ilə Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri hər iki dövlətin və xalqlarının çoxistiqamətli mənafelərini ifadə etməkdədir. Hər iki dövlət arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlər xalqlar arasındakı inteqrasiyanın da güclənməsi zərurətini ortaya qoymaqdadır. Həmçinin hər iki dövlətin elm və təhsil sahəsindəki əməkdaşlıq imkanlarının reallaşması da inteqrasiya prosesinə təkan verən amillər sırasındadır.
Ulu Öndərin siyasi kursunun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistanla münasibətlərin inkişaf etdirilməsinə daim diqqətlə yanaşır. Qeyd edək ki, Cənubi Asiya dövlətləri sırasında Azərbaycanın ən sıx əlaqələri yaranmış və qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkə Pakistandır. Pakistan İslam Respublikası Cənubi Asiyanın, İslam Şərqinin və İslam Əməkdaşlıq Təşkilatının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən biridir. ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olan bu ölkə həm də dünya siyasətində önəmli rol oynamaqdadır. Pakistan dünyada kütləvi qırğın silahına və raket texnologiyasına malik olan yeganə müsəlman dövlətidir. Bu dövlətlə qardaşlıq əlaqələrinin genişlənməsi siyasətini həyata keçirən cənab İlham Əliyevin siyasəti nəticəsində Pakistanla müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu artırır. İndi regionda söz sahibi olan ölkəmizə Türkiyə qədər Pakistan da dəstək verir.Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 23-də ölkəmizə növbəti rəsmi səfəri də bu proseslərin yüksək səviyyədə davam etməsinin təzahürüdür. Yüksək səviyyəli görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-də mətbuata bəyanatlarla çıxış ediblər.Ölkəmizin başçısı ali qonağın ölkəmizə səfərindən məmnunluğunu ifadə edərək bildirmişdir: “Sizi görmək və söhbət etmək imkanı böyük şərəf və iftixar hissi oyadır. Çox şadam ki, dövri təmaslarımız iki qardaş ölkə arasında daha sıx tərəfdaşlıq münasibətlərinə zəmin yaratdı.” “Bütövlükdə bu dinamika, əslində, ölkələrimiz arasında sıx münasibətləri əks etdirir. Bu gün biz ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq.”Cənab Prezident İlham Əliyev qeyd edib ki, “İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.”Müdafiə sənayesi sahəsində əməkdaşlıqdan məmnunluğunu bildirən cənab Prezident deyib: “Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq.”“Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir” fikrini xüsusi olaraq vurğulayan cənab İlham Əliyev bundan sonra da bu qardaş ölkə ilə əlaqələrin inkişaf etdiriləcəyini, əməkdaşlığın dərinləşəcəyini bildirmiş, ali qonağın iki dost, qardaş ölkə arasında münasibətlərin inkişafında rolunu alqışlamışdır.Göründüyü kimi, Azərbaycan ona dost, qardaş ölkə ilə münasibətlərin inkişafında maraqlıdır. Bu cənab Prezident İlham Əliyevin siyasi kursudur. Xalqımız da bu kursu dəstəkləyir. Bizə dost əli uzadanlara, qardaş deyənlərə qardaşlıq münasibətimz davam edəcək, Pakistanla münasibətlərimizdə yeni üfüqlər açılacaqdır.Arzu MiriyevSuraxanı rayonu, Q.Qəhrəmanov adına 65 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info