13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
2025-ci il 9 aprel tarixində ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum Prezident İlham Əliyevin geniş və əhatəli çıxışı ilə yadda qaldı. Bu çıxış Azərbaycanın müasir dövrdə geosiyasi mövqeyinin, beynəlxalq əməkdaşlıq strategiyasının və postmünaqişə dövründəki fəaliyyətinin əsas istiqamətlərini əhatə edirdi. Prezidentin nitqində həm regional, həm də qlobal kontekstdə önəmli mesajlar verildi.Prezident İlham Əliyev çıxışında Qarabağ münaqişəsinin tarixi və həlli prosesinə toxunaraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini vurğuladı. O bildirdi ki, münaqişənin həlli beynəlxalq dəstək olmadan, yalnız Azərbaycanın siyasi və hərbi gücü ilə mümkün olmuşdur. Postmünaqişə dövründə Ermənistanla sülh sazişi imzalanacağı təqdirdə, Cənubi Qafqazın inteqrasiyasının və iqtisadi inkişafının mümkün ola biləcəyi qeyd edildi.Azərbaycanın yerləşdiyi strateji mövqe – Xəzər dənizi sahili, Orta Dəhliz, Şimal-Cənub və digər beynəlxalq nəqliyyat yolları ölkəmizin beynəlxalq əhəmiyyətini artırır. Prezident, Azərbaycanın nəqliyyat və enerji infrastrukturlarına yatırılan investisiyalar nəticəsində, ölkənin regional “logistika qovşağı”na çevrildiyini bildirdi.Çıxışda Azərbaycanın enerji siyasətinə xüsusi yer ayrıldı. Prezident qeyd etdi ki, ölkə təkcə neft və qazla deyil, həm də yaşıl enerji ilə Avropaya enerji təchizatı baxımından mühüm tərəfdaşdır. Yaşıl enerji kabeli layihələri və Cənub Qaz Dəhlizi bu strategiyanın əsas sütunlarını təşkil edir.İlham Əliyev çıxışında ABŞ, Türkiyə, İsrail, Avropa İttifaqı və digər regionlarla münasibətlərə toxunaraq, Azərbaycanın balanslı və praqmatik xarici siyasət yürütdüyünü bildirdi. Xüsusilə Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq prioritet kimi vurğulandı.Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində atdığı addımlar da çıxışda öz əksini tapdı. Təhsil, səhiyyə, humanitar yardım və sərmayə layihələri ilə bu münasibətlərin genişlənəcəyi bildirildi.Prezident İlham Əliyevin "Yeni dünya nizamına doğru" forumundakı çıxışı Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərini aydın şəkildə ortaya qoydu. Bu çıxış yalnız Azərbaycanın öz mövqeyini möhkəmləndirməsi deyil, həm də yeni dünya düzənində aktiv və təşəbbüskar rol oynamağa hazır olduğunu göstərdi. Azərbaycanın sülh, əməkdaşlıq və dayanıqlı inkişaf naminə yürütdüyü siyasət beynəlxalq ictimaiyyət tərəfindən də təqdir olunur.İradə ZülfiqarovaSuraxanı rayonu, 275 nömrəli tam orta məktəbin Uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı
Sozcu.info