5-06-2025, 14:14
23-05-2025, 18:15
17-05-2025, 18:52
7-05-2025, 17:45
28-04-2025, 21:13
Azərbaycan dünyanın əksər ölkələri ilə daim sıx əlaqədə olmuş və əməkdaşlıq şəraitində yaşamışdır. Bu əlaqələrin bəzilərinin əsası çoxdan qoyulmuşdur və bu gün də inkişaf edir. Belə ölkələrdən biri də zəngin mədəniyyəti, tarixi ilə seçilən Vyetnamdır. Artıq yarım əsrdən çox bir müddətdir ki, Azərbaycan bu ölkə ilə dostluq münasibətindədir.
1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana səfəri və Ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən Vyetnama səfəri Azərbaycan-Vyetnam əlaqələrinin heç də yeni olmadığını təsdiqləyir.
Respublikamız Vyetnam ilə əksər mühüm istiqamətlərdə, o cümlədən, mədəniyyət, humanitar, təhsil sahəsində də əməkdaşlıq edir. Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı tələbə təhsil almış və daha sonra vətənlərinə qayıdaraq məsul vəzifələrdə çalışmışdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə bu əlaqələr daha da genişlənmişdir. 2015-ci ildə Birinci Azərbaycan-Vyetnam Bisnes forumu keçirilmişdir. Hanoyda Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilmişdir.
Heydər Əliyev Fondu Vyetnamda davamlı surətdə müxtəlif layihələr həyata keçirir. 2018-ci ildə Fond tərəfindən Ha Giang əyalətində ibtidai məktəb tikintisi vyetnam xalqına qarşı olan dostluq münasibətinin göstəricisidir.
İlham Əliyev cənablarının qeyd etdiyi kimi əlaqələrin möhkəmləndirilməsinin ən perspektivli istiqamətlərdən biri olan turizmin inkişafı isə iki ölkə vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına gətirib çıxaracaqlır.
Səadət Seyidova
Suraxanı rayonu, S.Abdullayev adına 290 №-li tam orta məktəbin müəllimi
Sozcu.info