17-10-2025, 18:29
14-10-2025, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.
Sozcu.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında danışıb.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan TDT-nin üzv ölkələrinə 20 milyarddan çox investisiya qoyub:
“Azərbaycan qonşu ölkələrlə müştərək müəssisələr qurub. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün danışma baxımından böyük əhəmiyyət kəsb edir. 10 yeni gəmi hazırda inşa edilir”.
Prezident onu da vurğulayıb ki, Azərbaycanda 8 hava limanı var və doqquzuncu da qısa müddətdə fəaliyyətə başlayacaq.