18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Zəngin təbii sərvətlərə malik Azərbaycan qədimdən bəri salnaməçilərin, tarixçilərin və səyyahların böyük marağına səbəb olmuşdur. Ölkəmiz qədim və orta əsrlər dövrünə aid saysız-hesabsız mədəniyyət nümunələri ilə onu görənləri heyrətləndirmişdir.
Azərbaycanın zəngin mədəni və ədəbi irsinin dünyaya tanıdılması hər zaman ölkə başçımızın həyata keçirdiyi uğurlu siyasətin prioritet işlərindən olmuşdur. Təsadüfi deyildir ki, 44 günlük Vətən müharibəsindən sonra müxtəlif xarici ölkələrdən olan qrupların Azərbaycana səfərləri təşkil olunmuşdur. Baş tutan səfərlər ölkəmizin zəngin mədəniyyətini dünyaya çatdırmaq, inkişafına təkan vermək və turizm sektorunu genişləndirmək məqsədi daşıyır.
Azərbaycan bu səfərləri təşkil etməklə, həm qonaqpərvər ölkə olduğunu, həm də 30 il ərzində mənfur düşmən tərəfindən mədəniyyət abidələrinin necə dağıdıldığını, viran qaldığını, ərazilərimizdə çıxarılan təbii sərvətlərinin necə talandığını dünya ictimaiyyətinə çatdırır.
Erməni sakinlərinin kompakt yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir və belə qanunsuz fəaliyyətlərə son qoyulması zəruridir. Bu xüsusda, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
Azərbaycan Respublıkasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonuna səfəri zamanı “LATİFA” tikiş fabrikinin, “PIRSHAGHI” ayaqqabı fabrikinin, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı həmçinin Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşdə iştirak edib, onlara yeni evlər təqdim olunub.
Regionda yeni iş yerlərinin yaradılması, yol infrastruktrunun bərpa edilməsi, həmçinin burada sahibkarlıq fəaliyyətinə lazımi dəstək olunması iqtisadi fəallığın əsas amillərindəndir. Bu istiqamətdə “Laçın Aqro-Sənaye Parkı” xüsusilə mühüm rol oynayır.
Laçın, nəinki Azərbaycanın, həmçinin dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevrillir. Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar çəkilir. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır. Bütün bunlar hər bir vətəndaş kimi hamımızı qürurlandırır.
Yunis Əsgərli
Suraxanı RİHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini
Sozcu.info