8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Zəngin təbii sərvətlərə malik Azərbaycan qədimdən bəri səlnaməçilərin, tarixçilərin və səyyahların böyük marağına səbəbolmuşdur. Ölkəmiz qədim və orta əsrlər dövrünə aid saysız-hesabsız mədəniyyət nümunələri ilə onu görənləri heyrətləndirmişdir.Azərbaycanın zəngin mədəni və ədəbi irsinin dünyaya tanıdılması hər zaman ölkə başçımızın həyata keçirdiyi uğurlu siyasətin prioritet işlərindən olmuşdur. Təsadüfi deyildir ki, 44 günlük Vətən müharibəsindən sonra müxtəlif xarici ölkələrdən olan qrupların Azərbaycana səfərləri təşkil olunmuşdur. Baş tutan səfərlər ölkəmizin zəngin mədəniyyətini dünyaya çatdırmaq, inkişafına təkan vermək və turizm sektorunu genişləndirmək məqsədi daşıyır.
Bu səfərləri təşkil etməklə, ölkəmiz həm qonaqpərvər olduğunu, həm də 30 il ərzində mənfur düşmən tərəfindən mədəniyyət abidələrinin necə dağıdıldığını, viran qaldığını, ərazilərimizdə çıxarılan təbii sərvətlərinin necə talandığını dünya ictimaiyyətinə çatdırır. Təbii sərvətlərinin qanunsuz istismarının, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş oradan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə suveren ərazimiz olan Laçın yolunda dinc etirazlar Azərbaycan xalqının legitim hüququqdur.Ötən ilin dekabrın 12-dən Laçın-Xankəndi yolunda başlanan etiraz aksiyaları hələ də davam edir. Aksiya ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması tələbi ilə başlamışdı. Heç bir hava şəraitinə baxmayaraq, ekofəallar öz haqq mübarizələrindən bir addım belə geri çəkilmirlər.Erməni sakinlərinin kompakt yaşadığı Azərbaycan ərazilərindəqeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir və belə qanunsuz fəaliyyətlərə son qoyulması zəruridir. Bu xüsusda, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Təhlükəsizlik zəmanəti, həmçinin Laçın yolundan sui-istifadənin qarşısının alınmasına zəmanət verir.Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir. Heç vaxt tarixdə olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınmışdır. Bu işlər böyük vüsətlə davam etdirilir.
Yunis Əsgərli Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəsinin müavini
Sozcu.info