4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
23-05-2025, 18:15
Azərbaycan- Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyikimi “Bir millət, iki dövlət “ tezisinə əsaslanır.Şuşa Bəyannaməsinin imzalanması ölkəmizin tarixində çoxönəmli hadisələrdən biridir.2021-ci il iyunun 15-də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi “nin imzalanması dünyaya bir daha AzərbaycanTürkiyə qardaşlığının sarsılmaz olduğunu nümayiş etdirdi. Məhzhəmin gün dili, dini, tarixi, mədəniyyəti və məqsədi bir olanAzərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişafmərhələsi başladı.Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti Azərbaycan üçün dahavacibdir. Belə ki, Ermənistanın 30 illik hücumuna sonqoyulmasında, işğal olunmuş torpaqlarımızın azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Beləliklə, Azərbaycan vəTürkiyə 15 iyun 2021-ciildə tarixi addım ataraq iki dövlət arasında bütün sahələrdə inteqrasiyanın nümunəsi olan Bəyannaməyə imza atdılar. Bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.
Nuranə Hüseynova
Suraxanı rayonu, 89 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrədirektor müavini
Sozcu.info