Dünən, 12:29
Dünən, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 502 yeni yoluxma faktı qeydə alınıb, 611 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sozcu.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 816 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 803 562 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 189 aktiv xəstə var. Bu günə qədər 9 838 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 343, bu günə qədər isə ümumilikdə 7 180 867 test icra olunub.