Pezeşkian Azərbaycana qarşı iddiaları təkzib etdi

Sozcu.info xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Azərbaycana qarşı iddiaları təkzib edib.
Pezeşkian deyib: "Qonşularla sionist rejim arasında hərbi əməkdaşlıq əlaməti ölkəmizin təhlükəsizlik qurumları tərəfindən təsdiqlənməyib.
Hətta bəzi ölkələr bizə zəruri malları göndərməyə hazır olduqlarını bəyan ediblər".
Bəlli olduğu kimi, İranın bəzi mətbu orqanları ilə ekspertləri İsrailin Hərbi Hava Qüvvələrinin İrana zərbələr endirmək üçün qonşu ölkələrin, o cümlədən Azərbaycan Respublikasından hava məkanından istifadə etdiyi barədə iddialar irəli sürmüşdülər.



Oxşar Xəbərlər

Xəbər lenti