“Prezident İlham Əliyevlə birgə bu vəziyyəti dəyişmək istəyirik” — Paşinyan

"Biz ölkələrimiz arasında münasibətlərin məzmununu dəyişmək istəyirik“.
Bu sözləri Ermənistanın Baş naziri Paşinyan ABŞ-da Azərbaycanla imzalanmış saziş barədə Fox News telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, hər şeyi bir gündə, hətta bir həftədə, hətta bir ayda, hətta bir ildə dəyişmək mümkün deyil: “Amma çox mühüm və qəti bir fakt var. Dünənki bəyanat bunu açıq şəkildə göstərir: Biz – mən prezident Əliyevi nəzərdə tuturam- bütün bu vəziyyəti dəyişmək istəyirik. Biz ölkələrimiz arasında münasibətlərin məzmununu dəyişmək istəyirik”.
Paşinyan deyib ki, ilkin sülh sazişi Azərbaycan və Ermənistan arasında dostluq və mehriban qonşuluq münasibətlərinin qurulması istiqamətində işləri nəzərdə tutur: “Bu, orta və uzunmüddətli hədəfdir və biz onun həyata keçirilməsinə diqqət yetirəcəyik”. \\AzPost



Oxşar Xəbərlər

Xəbər lenti