18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Cənab Prezidentin bütün işğaldan azad olunmuş rayonlara səfərlərinin çox böyük əhəmiyyəti var. O cümlədən çox mühüm strateji əhəmiyyət daşıyan Kəlbəcərə cənab Prezidentin səfəri bir çox istiqamətlərdə mühüm əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcərə səfəri növbəti uğurun nümayişidir. Bu, tarixi bir hadisədir. Prezident və birinci-vitse prezident Kəlbəcərdə bir sıra mühüm əhəmiyyətli obyektlərin açılışında iştirak etdilər, həmçinin çox strateji əhəmiyyət daşıyan layihələrin təməli qoyuldu.
2025-ci il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə səfər ediblər. Prezident cənab İlham Əliyev Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub və buraya köçən sakinlərlə görüşüb. Dövlət başçısı doğma yurduna köçən Kəlbəcərlilərlə görüşdə çıxış edib. Prezident çıxışında 32 ildən sonra kəlbəcərlilərin öz doğma şəhərlərinə qayıdışını tarixi hadisə kimi dəyərləndirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı uzun illər işğal dövründə ümidini itirməyib, hər gün doğma torpaqlara qayıdış gününü yaxınlaşdırıb.
Prezident cənab İlham Əliyevin Kəlbəcərə ilk səfəri 2021-ci ilin 16 avqustunda baş tutmuş və həmin tarixdən etibarən rayonda geniş bərpa və yenidənqurma prosesinə start verilmişdi. Həmin səfər çərçivəsində bir sıra mühüm layihələrə imza atılmışdı. Prezident cənab İlham Əliyev 21 avqust 2025-ci il səfər çərçivəsində Kəlbəcərin müasir infrastrukturla təmin edilməsi, enerji, nəqliyyat və sosial xidmət sahələrində həyata keçirilən layihələrin gedişatı ilə tanış oldu. Dövlət başçısının qeyd etdiyi kimi, ”bu gün Kəlbəcər artıq dağıdılmış bir şəhər deyil – o, müasirliyi, ekoloji təmizliyi və füsunkar təbiəti ilə dünyada seçilən yaşayış məkanına çevrilir. Yeni tikilən yollar, su elektrik stansiyaları, müasir kommunikasiya sistemləri, yaşayış binaları və sosial obyektlər bölgənin iqtisadi və turizm potensialını əhəmiyyətli dərəcədə artırır. Səfər çərçivəsində Prezident cənab İlham Əliyev Kəlbəcərdə 3-cü və 4-cü yaşayış komplekslərinin təməlini qoyub, sakinlərə yeni mənzillərin açarlarını təqdim edib. Əsası qoyulan 3-cü yaşayış kompleksi layihəsi şəhərin inkişaf planına uyğun hazırlanıb və ümumi sahəsi 7,6 hektarı əhatə edir. Kompleksdə 4 və 5 mərtəbəli 29 bina tikiləcək. Sakinlərin rahatlığı üçün kompleksdə məişət və ticarət obyektləri, uşaq oyun meydançaları,yerüstü avtomobil dayanacağı inşa olunacaq. Binalar daimi su, elektrik enerjisi və yüksək sürətli internetlə təmin ediləcək. Şəhərdə həmçinin parkın və digər sosial obyektlərin inşasına başlanılıb. Təqdim olunan layihədə Parkda rayonun ictimai və mədəni həyatında baş verən tədbirlərin təşkili üçün xüsusi zonalar, idman və sağlamlıq guşələri, həmçinin uşaqlar üçün əyləncə sahələri yaradılacaq. Bu layihələr Kəlbəcərin sosial-mədəni həyatına inkişaf gətirəcək, bölgədə işğaldan sonra bərpa prosesini sürətləndirəcək və sakinlər üçün müasir standartlara cavab verən yaşama şəraiti yaradacaq.
Prezident cənab İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə səfəri və çıxışı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinin əhəmiyyətini bir daha göstərdi. Bu səfər çərçivəsində həyata keçirilən tədbirlər və verilən mesajlar ölkənin ərazi bütövlüyünün bərpası və vətəndaşların rifahının təmin olunması istiqamətində atılan mühüm addımların nümunəsidir. Bu günlərdə doğrudan da tarixi hadisələrə şahidlik edirik. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan, həmçinin bölgədə sülh gündəliyinin müəllifi kimi çıxış edir və bu gündəliyə dünya güclərinin imza atmasına nail olur.
Elçin Seyfullayev
Suraxanı RİHB-nin Bülbülə qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi
Sozcu.info