17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Azərbaycan enerji sahəsində həm neft və qaz, həm də bərpaolunan enerji mənbələri üzrə strateji rola malikdir. Prezident cənab İlham Əliyev 7 oktyabr 2025-ci il tarixində Qəbələdə keçirilmiş TDT 12-ci Zirvə Görüşündə çıxış edərək, ölkəmizin enerji və iqtisadi inkişaf sahəsindəki uğurlarını ətraflı şəkildə təqdim etdi.
Prezident cənab İlham Əliyev vurğuladı ki, 2030-cu ilə qədər enerji istehsalının 40%-i bərpaolunan enerji mənbələri hesabına təmin ediləcək. Bu təşəbbüs, Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyində mühüm rol oynadığını bir daha sübut edir. Azərbaycan həm enerji ixracatı, həm də enerji nəqliyyatı sahəsində strateji tərəfdaş kimi çıxış edir və 14 ölkəyə təbii qaz ixracı ilə bölgənin enerji təhlükəsizliyinə töhfə verir.
Azərbaycan TDT üzv ölkələrlə 20 milyard ABŞ dollarından çox sərmayə layihələri həyata keçirir. Bu layihələr enerji, nəqliyyat və iqtisadi sahələrdə əməkdaşlığı gücləndirir və Türk dünyasında iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir. Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi təməl, Prezident cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilmişdir.
TDT üzvlərinin işğaldan azad olunmuş torpaqlarda həyata keçirdiyi layihələr – məktəb, məscid və digər infrastruktur obyektləri – yalnız qardaşlıq və birliyin göstəricisi deyil, həm də bölgədə davamlı iqtisadi və sosial inkişafın təminatıdır. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Ağdamda Manas adına məktəb, Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzi, Cəbrayılda Macar qardaşlarımızın hədiyyəsi ilə tikilən məktəb və Füzulidə Türkmən qardaşlarımızın dəstəyi ilə tikilən məscid, işğaldan azad olunmuş torpaqlarda iqtisadi və sosial infrastrukturun bərpasına xidmət edir.
Prezident cənab İlham Əliyev çıxışında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar, sosial və mədəni sahələrdəki xidmətlərini vurğuladı. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr yalnız regionun inkişafına deyil, həm də xalqlar arasında dostluğun və sülhün möhkəmlənməsinə xidmət edir.
Beləliklə, Azərbaycan enerji və iqtisadi sahədəki lider mövqeyini qoruyaraq, TDT çərçivəsində regional inteqrasiyanı gücləndirir. İşğaldan azad olunmuş torpaqlarda həyata keçirilən layihələr isə Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin, Ulu Öndər Heydər Əliyev irsinin və Mehriban xanım Əliyevanın humanitar fəaliyyətinin birgə nəticəsidir.
Nizaməddin Ağcayev
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info