11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
Almaniyada siyasətçilərə sui-qəsd hazırlamaqda ittiham olunan bir kişi həbs edilib.
Sozcu.info bu barədə Spiegel-ə istinadən xəbər verir.
Bildirilir ki, Dortmundda yaşayan 49 yaşlı şübhəli Martin S.-in qaranlıq internetdə (darknet) "Siyasətçi sui-qəsdi" adlı veb sayt yaratdığı və u saytı alman siyasətçilərini öldürmək üçün pul toplamaq məqsədilə istifadə etdiyi iddia edilir.
Siyahıya keçmiş kanslerlər Olaf Şolz və Angela Merkel, eləcə də keçmiş Federal Səhiyyə Naziri Karl Lauterbax və keçmiş Xarici İşlər Naziri Annalena Baerbok daxildir.
Həm Almaniya, həm də Polşa vətəndaşlığına malik olduğu bildirilən Martin S. terrorizmi maliyyələşdirmək, dövlət üçün təhlükə yaradan ciddi zorakılığa təhrik etmək və şəxsi məlumatların yayılması ittihamları ilə üzləşir. Şübhəlinin ifrat sağçı "Reichsbürger" (İmperator Vətəndaşları) təşkilatının üzvü olduğu da məlum olub.
Dortmundda saxlanılan şübhəli həbs olunmaq üçün Karlsruhe Federal Məhkəməsinə aparılıb.