16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Prezident İlham Əliyev “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, nazirin müavinlərinin sayı 5-dən 6-ya çatdırılıb.
Nazirin artıq Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən beş deyil, altı müavini olacaq.
Qeyd edək ki, hazırda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir. Onun 5 müavini var. Bunlar Rəhman Hümmətov, Samir Məmmədov, Cavid Qurbanov, Elmin Məmmədov və Saməddin Əsədovdur.