Ərdoğan Pezeşkianla danışdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub.

“Sozcu.info” xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.


Prezident Ərdoğan danışıq zamanı Türkiyənin müvafiq dövlətlərlə birlikdə atəşkəsə aparan prosesdə intensiv səylər göstərdiyini bildirib. Ərdoğan önümüzdəki günlərdə başlayacaq danışıqlardan davamlı sülh və sabitlik üçün maksimum dərəcədə istifadə edilməsi lazım olduğunu deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə yeni prosesdə dost ölkələrlə birlikdə hər cür töhfəni verməyə hazırdır.

O həmçinin İran xalqının itkiləri ilə bağlı Pezeşkiana başsağlığı verib.




Oxşar Xəbərlər

Xəbər lenti