28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, 8 və 9 may tarixlərində faşizm üzərində qələbənin qeyd olunması ilə əlaqədar atəşkəs elan edilir.
Sozcu.info xarici mediaya istinadla xəbər verir ki, açıqlamada Rusiya Silahlı Qüvvələrinin bayram tədbirlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görəcək. Nazirlik qeyd edib ki, Rusiya atəşkəs elan etməsi ilə əlaqədar Ukrayna tərəfinin də bu addımı dəstəkləyəcəyinə ümid edir.
Bildirilib ki, əgər Ukrayna tərəfi Qələbə Gününün qeyd olunmasına mane olmaq məqsədilə “cinayətkar planlarını” həyata keçirməyə cəhd edərsə, Rusiya Silahlı Qüvvələri Kiyevin mərkəzinə cavab zərbəsi endirəcək.
Rusiya Müdafiə Nazirliyi Kiyev şəhərinin mülki əhalisini və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarını şəhəri vaxtında tərk etməyə çağırıb.