8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qabil Hüseynli: "Post-sovet məkanında yaranmış bütün münaqişələrin müəllifi Kremldir”
"Azərbaycan UEFA-ya müraciət etməli, etirazını bildirməlidir”
"Rəsmi Bakı Azərbaycan Futbol Federasiyasının (AFFA) xətti ilə UEFA-ya müraciət etməli, UEFA-ya özünün etirazını bildirməlidir. Üstəlik də Ukrayna, Gürcüstan ilə, həmçinin Moldova ilə əlaqəyə girib, 4 ölkə bu prosesin qarşısını almaq üçün səylər göstərməlidir”
Aralarında Abxaziya, cənubi Osetiya, Donetsk və Luqansk "xalq respublikaları”nın da olduğu ölkələrdən 12 futbol komandası rəsmi şəkildə tanınmayan qondarma "Dağlıq Qarabağ respublikası”nda qeyri-qanuni Avropa çempionatı keçirəcək. Separatçı qurumların və BMT tərəfindən tanınmayan qondarma "republikalar”ın komandaları arasında baş tutacaq Avropa kubokunun püşkatmaları Müstəqil Futbol Federasiyaları Konfederasiyasının (ConIFA) internet saytı vasitəsilə elan edilib. Püşkatmalara görə, komandalar üçlü şəkildə dörd qrupda mübarizə aparacaq. Çempionat iyun ayında start götürəcək. "Dağlıq Qarabağ”ın komandaları ilk qrupda yer alıb. Qeyd edək ki, çempionatın son turniri İngiltərədə keçirilmişdi. Xatırladaq ki, ConIFA 2013-cü ildə qurulub. Konfederasiya BMT tərəfindən tanınmayan ölkələrin və qismən də avtonom dövlətlərin, etnik toplumların futbol federasiyalarını birləşdirir. Mərkəzi İsveçrədə yerləşir.
Dünya, o cümlədən Azərbaycan ictimaiyyətinə də bəllidir ki, Abxaziya, Cənubi Osetiya, Donetsk və Luqansk "respublikaları” Rusiya tərəfindən işğal və ilhaq olunub. Maraqlıdır ki, Rusiya bir tərəfdən Azərbaycanla dostluq münasibətləri nümayiş etdirir, digər tərəfdən isə qondarma "Dağlıq Qarabağ respublikası”nda qeyri-qanuni Avropa çempionatı keçirməyə hazırlaşır. Rusiya bu çempionatı adı keçən qondarma qurumların oz müstəqil qərarı kimi şərh edə bilər. Amma birmənalı olaraq deyə bilərik ki, Rusiyanın əli olmasa, bu qondarma "respublika”lar Dağlıq Qarabağda bu cür qeyri-qanuni çempinat keçirə bilməz. Bu məsələnin arxasında Kremlin durduğu aydın olduğu üçün, bu qeyri-qanuni çempionatın keçirilməsi həm Azərbaycan hökuməti və ictimaiyyəti, həm də beynəlxalq qurumlar tərəfindən qınanılmalı, pislənilməli və buna imkan verilməməlidir.
"Bu işdə beynlxalq hüquq normalarına uyğun olmayan şərtlər kifayət qədərdir”
BMT tərəfindən tanınmayan "respublika”ların komandalarının Dağlıq Qarabağda qeyri-qanuni Avropa çempionatı keçirəcəyi ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli "Hürriyyət”ə dedi ki, dünyada qanuni futbol oyununu Avropa təşkilatı olan UEFA təşkil edir: "UEFA-nın xətti ilə keçirilən oyunlar leqal və qanuni idman yarışı sayılır. Heç yerdə, BMT-nin leksikonunda "tanınmayan ölkələr anlayışı” yoxdur. "Tanınmayn ölkələr” məhfumu Rusiyanın yaxından dəstəyi ilə yaradılmış separatçı rejimlərdir. Buna görə də bunların keçirdikləri yarış da, futbol turniri də qeyri-qanunidir. Məncə, rəsmi Bakı Azərbaycan Futbol Federasiyasının (AFFA) xətti ilə UEFA-ya müraciət etməli, UEFA-ya özünün etirazını bildirməlidir. Üstəlik də Ukrayna, Gürcüstan ilə, həmçinin Moldova ilə əlaqəyə girib, 4 ölkə bu prosesin qarşısını almaq üçün səylər göstərməlidir. Bu işdə qeyri-qanuni cəhətlər, beynəlxalq hüquq normalarına uyğun olmayan şərtlər kifayət qədərdir. Ona görə də bunun qarşısı alınmalıdır”.
"Bu gün də problemlər həllini tapmırsa, bunun da əsas günahkarı Rusiyadır”
Q. Hüseynli vurğuladı ki, post-sovet məkanında yaranmış bütün münaqişələrin müəllifi Kremldir: "Bu ölkələrdə münaqişələri donduran, ona həlledilməz görkəm verən də Rusiyadır. Öz ölkəsində müxtəlif qeyri-hökumət təşkilatları adı altında həmin qondarma qurumların təmsilçiliyini yapan da Rusiyadır. Bu gün də problemlər həllini tapmırsa, bunun da əsas günahkarı Rusiyadır. Rusiya "dövşana qaç, tazıya tut” deyir. Deyirsən ki, guya, indi bizimlə münasibətləri yaxşıdır. Amma bizim üçün ən önəmli problemdə sobataj rolunu tuturlar və proseslərin irəli getməsinə mane olurlar. Bu nöqteyi-nəzərdən beynəlxalq təşkilatlara müraciət etməklə yanaşı, Rusiya xətti ilə də bu işi həll etməyə çalışmaq lazımdır. Bu, çox provokasion, murdar bir addımdır”.
"Leksikonda "tanınmayan ölkələr” anlayışı yoxdur”
Q.Hüseynli hesab edir ki, bütün diplomatik kanallarla, bütün futbol cameəsinin istifadə etdiyi nizamnamə normalarına uyğun hərəkətlərdən istifadə edərək bu addımın qarşısı alınmalıdır və almaq da mümkündür: "Çünki leksikonda "tanınmayan ölkələr” anlayışı yoxdur”.
"Bizim qan yaddaşımızda Rusiya ilə bağlı mənfi xarakterli hadisələr həddindən artıq çoxdur”
"Əlbəttə, bu məsələ Azərbaycan-Rusiya münasibətlərinə ciddi kölgə salacaq. Azərbaycan cəmiyyəti onsuz da hələ ki, Rusiyanın hərəkətlərini tam axıra qədər həzm edə bilməyib. Azərbaycan cəmiyyəti xalqımızın başına gətirilən bu oyunların başında Rusiyanın durduğunu bilir. Qarşıdan Xocalı soyqırımı gəlir. Xocalı soyqırımında Rusiyanın 366-cı motoatıcı diviziyasının rolu var. Bir sözlə, bizim qan yaddaşımızda Rusiya ilə bağlı mənfi xarakterli hadisələr həddindən artıq çoxdur. Rusiya bizim yaddaşımızın oyanmasına və bununla bağlı müəyyən addımlar atmasına imkan verən yeni-yeni hərəkətlər etməklə, bir şeyi başa düşməlidir ki, nə qədər böyük dövlət olsa da, bölünmüş dövlət olan, sayı 50 milyondan çox olan Azərbaycana bu separatçı meyllərlə dəstək verə bilməz”,-deyə politoloq nəzərə çatdırdı.
"Rusiyada imperiya ambisyaları həmişə meydan sulayıb və meydan sulamaqda da davam edir”
"Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin müsbətə doğru dəyişdiyi, Ermənistanla Rusiyanın münasibətlərinin soyuq, əksinə Azərbaycanla yaxşı olduğu bir vaxtda Rusiyanın bu qıcıq doğuran hərəkətləri etməkdə məqsədi nədir” sualına Q. Hüseynli belə cavab verd:"Gəlin, illuziyaya qapılmayaq, Rusiyanın oynadığı rolu bütün detalları ilə başa düşək. Azərbaycan Rusiya ilə münasibətlərin normal olmasını istəyir. Özümüzə sual verək, Rusiya tərəfi bunu istəyirmi? Rusiya sözdə bir şey deyir, əməldə başqa cür hərəkət edir. Yəni Rusiyada imperiya ambisyaları həmişə meydan sulayıb və meydan sulamaqda da davam edir. Bu nöqteyi-nəzərdən Azərbaycanla münasibətləri inkişaf etmək istəsə belə, onlarn kifayət qədər stateji maraqları var və bu strateji maraqlara xidmət edən millət və dövlətlər var, onlar o strateji maraqlardan kənara çıxmırlar”.
Şamo EMİN, Hurriyyet.org