Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Reyhan Tağıyeva:“Bu çətin dövrdə fayda vermirsənsə, özünə həkim demə”
Reyhan Tağıyeva: Fiziki olaraq bu virusa yoluxmasaq da, psixoloji olaraq 100 dəfə yoluxmuşuq
Görünməyən qəhrəmanlardandır. Xəstəliyin tüğyan etdiyi vaxtda, iki azyaşlı uşağını evdə qoyub könüllü şəkildə koronaviruslu xəstələri müalicə etmək üçün xəstəxanaya yollanıb. Özünün də dediyi kimi, göz görə-görə odun üzərinə gedib. Mübarizənin ön cəbhəsində öz həyatını riskə ataraq şəfqət, humanizm və mərhəmət prinsiplərini rəhbər tutur, insan həyatının xilas olunması üçün yorulmadan calışır.
Müsahibimiz Suraxanı rayonunda yerləşən 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Reyhan Tağıyevadır.
Aprelin 3-dən etibarən könüllü şəkildə koronavirus xəstələrinin müalicəsi üçün ezam olunub. İyunun 15-nə qədər Tibb Universitetinin Tədris cərrahiyyə korpusunda koronaviruslu xəstələri müalicə edib. İyunun 22-dən indiyə qədər isə Yeni Klinikada fəaliyyətini davam etdirir.
- Reyhan xanım, koronavirus xəstələrini müalicə edən həkimin 1 gününü bizə təsvir edərdiniz...
- Günlərimiz bir-birinə çox oxşayır. Xüsusilə də, may ayının sonundan iyunun 20-nə qədər iş şəraitimiz ağır keçirdi. Ağır xəstələrin otağında saatlarla vaxt keçirirdik. İşin çətinliyinə təsir edən əsas faktor həmin o məşhur geyimdir. Yəni normalda edə biləcəyimiz işləri bir də o geyimdə, istidə icra etmək bizi çox incidir. Xüsusi geyimi geyinmək və onun içində qalmaq çox çətindir. Təsəvvür edin ki, geyim hava buraxmır. Amma əynimizdə təkcə bu geyim olmur, xüsusi eynək, bir neçə qat maska və əlcəklərdən istifadə edirik. İnsan bu geyimin içində özünü çox diskomfort hiss edir. Digər tərəfdən, yoluxma stressi məni narahat edirdi. Şüurlatındakı "mən də yoluxdum” stressi insanı tək buraxmır. İnsan xəstənin sağalması üçün var qüvvəsini sərf edir, amma içindəki hiss, həyəcanı da boğa bilmir. Biz burada həyatımızı riskə atırıq. İnsan sənətini çox sevməlidir ki, ölümü gözə alsın. Məni tanıyanlar deyir ki, sən əngəl tanımadan, göz görə-görə odun üzərinə getdin. Adi insan bu riskə, ağırlığa tab gətirə bilməz. Həkim millətini, xalqını, işini sevməlidir ki, bu ağır şəraitə razılaşın. 4 aydır xəstəliklə mübarizə aparırıq, hər günümüz çox ağır, stressli keçirdi. Biz fiziki olaraq bu virusa yoluxmasaq da, psixoloji olaraq 100 dəfə yoluxmuşuq. Elə günlərimiz oldurdu ki, özümüzü xəstə sayırdıq. Azca narahatlığımız olan kimi ayağa qalxırdıq. Çünki bizim bu anda xəstələnməyə haqqımız yox idi.
- Odun üzərinə gedən həkimə ailəsinin reaksiyası necə idi? Göz yumurdular, yoxsa o oddan almağa çalışırdılar?
- Əlbəttə ki, bura gəlməyimi valideynlərimdən gizlətdim. Onlara dedim ki, mən təlimdəyəm, ehtiyac olsa, o xəstələrin müalicəsi üçün xəstəxanalara gedəcəyik. Halbuki mən həmin vaxt Tədris Cərrahiyə Klinikasında işləyirdim. Haradasa 1 ay müddətində ailəm bilmədi. Yalnız həyat yoldaşımın məlumatı var idi. O razılıq verdi ki, bu, sənin peşən və vəzifə borcundur. Könüllü olaraq bu işə gedirsənə, mən sənə əngəl ola bilmərəm. Həyat yoldaşım seçimi özümə buraxdı və mən də razılaşdım. Evdən, sanki müharibəyə gedirmişəm kimi yola saldılar. Amma valideynlərim bilmədi. Əlbəttə, bütün analar kimi anam razı olmayacaqdı. Mən də demədim. Ailəmlə yalnız telefon vasitəsilə əlaqə saxlayıram. Görüntülü danışanda hər dəfə deyirdim ki, mən təlimdəyəm. Zaman keçdikcə, alışdıra-alışdıra harada olduğumu dedim. Bir də, işlədiyimiz müəssisənin kollektivi bilirdi. Çünki işdən ayrılıb getdik. Hamı çox təəccüblənirdi. Amma təəccüblü nəsə yoxdur. Həkiməmsə, getməliyəm. İnsanlar, hətta həkim yoldaşlarım soruşurdular ki, sən niyə getdin? Evdə iki körpə uşağımı qoyub getdim. Birinin 4, birinin 8 yaşı var. 2 aya yaxın onların üzünü görmədim. Uşaq darıxırdı. Heç kim ailəsinə, uşağına qıymır. Amma həkimsənsə, şərəfinlə ləyaqətinlə işləməlisən. Bu çətin dövrdə "həkiməm” deyib, fayda vermirsənsə, özünə həkim demə. Həkim insana elə tam bu vaxt lazım idi. Bu virus davam etdikcə, əlimdən gələni etməyə hazıram və "silah”ımı yerə qoymayacağam.
- Həyatınızı riskə ataraq işinizi icra edirsiniz. Siz ölümü gözə alaraq işlədiyiniz halda, çöldə hələ də "virus yoxdur” deyərək qaydalara əməl etməyənlər və virusu yayanlar var...
- "Virus yoxdur” deyənlərin sayı çox azalıb. Aprel ayında o sözü tez-tez eşidirdim. "Sən ordasan, koronavirusa yoluxan xəstələr var?” kimi sualları tez-tez eşidirdim. May ayından sonra hamı təlaş içində zəng edirdi. Biri deyirdi anam yoluxub, digəri atasını soruşurdu, digəri bacısını.. Yəni artıq hamının ətrafında bu xəstəliyə yoluxan, ölən oldu. Bununla da bu suallar bitdi. İnanmayan insanlar həyəcan içində zəng edir, yoluxmamağın yollarını axtarırdılar. Bəzi insanlar "niyə bizim ətrafımızda bir nəfər bu virusa yoluxmadı”, "yalan söhbətdir” kimi fikirləri çox deyirdilər. Təəssüf ki, hamının ətrafında yoluxan oldu.
- Hazırda xəstəliyin inkişaf tempi necədir?
- Düşünürəm ki, insanlar inanır və tədbir görürlər. Yoluxma və xəstəliyin ağırlıq dərəcəsi azalıb. Hazırda nisbi sabitlik var. İnsanlar diqqətli olsalar, buna qalib gələ bilərik.
-Həkimlər həyəcan təbili çalır ki, qarşıdan payız gəlir. Bütün dünyada payız aylarında ikinci dalğa gözlənilir. Bir həkim kimi nə məsləhət görərdiniz? Nə etməliyik ki, az da olsa sığortalana bilək?
- Düşünürəm ki, insanlar qoyulan tələblərə düzgün riayət edib, sosial məsafəni gözləyib, tibbi maskalardan istifadə etsələr, həkimlərin də işi yüngül olar, ən əsası, payız aylarında respirator virus infeksiyalarının yayılmasının qarşısı alınar. Burada iş, tək həkimin, dövlətin, insanların üzərinə düşmür. İş birlikdə, uzlaşmış şəkildə olmalıdır. İnsanları səbirli olmağa, qaydalara əməl etməyə çağrırıram. Güc birlikdədir. Birlikdə bu virusun qarşısını almağa çalışmalıyıq. İlk növbədə düzgün qidalanma və yuxu rejimi immunitetin artırılmasında rol oynayır. Bununla yanaşı, gigiyena qaydalarına riayət edərək, fiziki məsafəni qoruyub, maskadan istifadə etməklə sığortalana bilərik.
- Əvvəllər deyirdilər ki, koronavirus ancaq yaşlı insanları öldürür. Lakin gördük ki, bu xəstəlikdən həyatını itirənlər arasında cavanlar da oldu. Deyə bilərsinizmi, hansı yaş qrupuna aid insanlarda ölüm halı daha çox ola bilər?
- Təəssüflər olsun ki, biz cavan insanların da ölməsinin şahidi olduq. 1988-ci il təvəllüdündən tutmuş, 36, 40, 42 yaşında, heç bir yan xəstəliyi olmayan şəxslərin vəfat etdiyini gördük. Çox üzücüdür. Hər cavan insanın vəfatından sonra həm ana, həm də həkim kimi özümə gələ bilmirdim. Virusun acınacaqlı mənzərələrini dəfələrlə görmək çox pis təsir edirdi. Bu hissləri sözlə ifadə etmək çətindir. İnsan heç bir xəstəliyi olmayan gəncin vəfatı ilə barışa bilmir. Ümumi müalicə protokollar üzrədir, amma fərdi yanaşmalar da olur. Vəfat edən xəstələr heç bir müalicəyə cavab vermirlər, ağ ciyərlərində proaqressivləşmə olur, qısa müddətdə vəfat edirlər. Şəkər xəstələrinin, infarkt keçirən, ürəyində stend olan insanların bu xəstəliyi ağır keçirdiyinin şahidi olduq. İntubasiyada olan xəstələrin çoxu şəkər xəstəliyindən əziyyət çəkənlər idi. Onlardan sağalanlar da oldu. 84 yaşında ağır vəziyyətdə gələn yaşlı kişinin sağalıb evə getdiyinin də şahidi olduq. Bədənin, infeksiyanı necə qaldırmasından asılı olaraq, bu virusla hərə bir tarixçə yaşadı.
- Bu pandemiya bütün yer kürəsinin sakinlərinə nə öyrətdi və insanlar hansı nəticəni çıxarmalıdır?
- Bu virus bütün dünyada insanlara təmizliyə, gigiyena qaydalarına riayət etməyin vacib olduğunu öyrətdi. Hardasa bərabər yaşamağı, kasıbın da, varlının da eyni olduğunu, eyni şəkildə mübarizə aparmasını göstərdi. Elə bir şərait yarandı ki, ölkədən xaricə heç bir giriş-çıxış olmadı. Varlısı da, kasıbı da burada qaldı. Elə bir an olmadı ki, varlı qaçıb canını qurtarsın kasıb qalsın. Bu, varlının da, kasıbın da xəstəliyi oldu. Sanki yer üzündə insanlar bərabərləşdi.
- Həkim olaraq bu aylar ərzində ən çətin anlarınızı necə xatırlayırsınız?
- Çox ağır anlar yaşadıq. Məsələn, bizim şöbədə bir qadın yatırdı. Həyat yoldaşı başqa bir xəstəxanada rəhmətə getmişdi. Qadın bilmirdi. Çünki qadın xəstəliklə bərabər, o xəbəri də qaldıracaq gücdə deyildi. Hər dəfə "məni buraxın evimə gedim, yoldaşımdan xəbər alım, evimə getsəm yoldaşımı sağaldacağam” deyirdi. O bilmirdi evində onu hansı xəbər gözləyir. 3 gün dalbadal yuxusunda gördü ki, ağ paltarlı insan onun saçına sığal çəkir, ona mənəvi dəstək olur. O yuxular onu narahat edirdi. Digər bir məqam, ananın oğlu reanimasiyada vəfat etdi. Ana hər dəfə biz içəri girəndə, "mənə oğlumdan xəbər deyin” deyirdi. Biz də "oğlun yaxşıdır, yaxşı olacaq” deyirdik, amma təbii ki gözünün içinə baxa bilmirdik. Gözümüzü divarlara sanc-sanca "oğlun yaxşıdır” deyib otaqdan çıxırdıq ki, bizdən soruşmasın. Çox çətin idi. Digər hadisə, ananın cənazəsi xəstəxanın bu qapısından çıxıbsa, oğlu, testi pozitiv çıxdığı üçün digər qapıdan xəstəxanaya daxil olub. İlk sözü isə "anam da burdadır, o necədir” oldu. Bizi pis vəziyyətdə qoyan suallar çox olur. Bu 4 ayda çox ailə faciələrinin şahidi olduq.
- Fiziki və mənəvi gücünüzün tükəndiyi anlar olubmu? Belə vaxtlarda xəstələri müalicə etmək üçün özünüzdə necə güc tapırdınız? Motivasiyanız nə idi?
- Əlbəttə, tez-tez yetişən gecə növbələri, hər gecə ağırlaşan xəstələrlə vaxt keçirmək bizi yorurdu. Gücümüzün tükəndiyi vaxtlar da olub. Amma həkim yoldaşlarla birlikdə bir-birimizə güc-qüvvət verərək bu vəziyyətdən çıxırdıq. Çünki bizim dayanmağa haqqımız yox idi. Həmin vaxt nə qədər yorulsam da, xəstələri bu vəziyyətdə qoyub getmək ağlımdan keçmirdi. Bu, nə peşə əxlaqına sığmırdı, nə də vicdanım qəbul etməzdi. Öz üzərimə düşən yükü qaldrırıdım, yerə qoymağı düşünmürdüm. Mən tək deyiləm. Biz həkim yoldaşlarımızla birlikdə bir-birimizdən güc alırıq. Tək bu işin öhdəsindən gəlmək mümkün deyil. Həkiməm deyən hər bir şəxs kömək əlini uzatmalıdır.
Aygün ƏZİZ
Oxşar Xəbərlər
Həkim Reyhan Tağıyeva vətəndaşları ehtiyyatlı davranmağa çağırır
Qızdan 79 yaşlı nənəsinə qarşı DƏHŞƏTLİ ƏMƏL - ŞƏKİDƏ ŞOK OLAY
Nazirlikdən təcili yardımın çağırışa gec gəlməsi ilə bağlı AÇIQLAMA
Azərbaycanda daha 517 nəfərdə koronavirus aşkarlandı,
Xəbər lenti
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ
Hansı fənnin müəllimləri daha yaxşı nəticə göstərdi? -
Rəsmi Açıqlama
Safurə 4-cü dəfə ana olacaq -
Foto
Etnik ayrı-seçkiliyin yolverilməzliyi və vətəndaş həmrəyliyinin vacibliyi barədə bəyanat
-Əli Babayev
Müharibədən sonra Rusiyanın taleyi necə olacaq?
-Xəqani Cəfərli yazır
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq