Həkim Reyhan Tağıyeva vətəndaşları ehtiyyatlı davranmağa çağırır


Ötən gün ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına 520 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da  ümumi yoluxanların sayı 24041 nəfərə çatıb. Virusa yoluxanlardan 15093 nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib, 8642 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ötən müddətdə aparılan testlərin sayı isə yarım milyonu keçib. Lakin bu rəsmi rəqəmlərin gerçək vəziyyəti tam əhatə etmədiyi də sirr deyil. Ümumiyyətlə, bütün dünyada müşahidə olunan bu vəziyyət ölkəmizdən də yan keçməyib. Rəsmi məlumatlarla gerçək vəziyyət üst-üstə düşmür. Bunun bir neçə səbəbi var. Belə ki, virusa yoluxduğunu hiss etməyənlərlə yanaşı onu həkimə müraciət etmədən keçirməyə çalışanlar mövcuddur. Ölkəmizdə koronavirusun yayılmasındakı təhlükəli statistikanın azalmasına imkan verməyən əsas səbəblər də budur.

Suraxanı rayonunda yerləşən 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Reyhan Tağıyeva da bu məqamları qeyd edərək koronavirusun yayılmasında vətəndaşları diqqətli və ehtiyyatlı davaranmağa çağırdı. Reyhan xanımın sözlərinə görə, pademiyanın ilk aylarında vətəndaşlarda koronavirusun mövcudluğuna bir şübhə vardı. “İnsanların əksəriyyəti virusun mövcudluğuna şübhə ilə yanaşdıqları üçün müdafiə şərtlərinə əməl etmirdilər. Çox təəssüf ki, bu tendensiya tam aradan qalxmayıb. Bu isə yoluxmaların əsas səbəbidir”.

Reyhan xanımın sözlərinə görə, milli mentalitetdən irəli gələn bir sıra hallar, xüsusilə hüzr məclislərinin, əsasən də gizli qaydada davam etdirilməsi, ad günlərin qeyd olunması halların davam etməsi özünün ağır nəticələrini göstərməkdədir. “Təəssüf ki, vətəndaşlarımız yaxın qohumların və tanışlarının dərdlərinə şərik olmaq üçün getdikləri hüzn mərasimlərdə həm özlərini, həm də yaxınlarını təhlükəyə atdıqlarının fərqində deyildilər”.  

Həkim hesab edir ki, virusun geniş yayılması ilə bağlı məsuliyyətin bir hissəsi də hakimiyyət orqanlarının üzərinə düşür. “Xüsusilə pandemiya şəraitində nəqliyyatın adi günlərdə olduğu kimi işləməsi yol verilməzdir. İctimai nəqliyyat vasitələrində, xüsusilə avtobuslarda müşahidə olunan sıxlıq virusun yayılmasının əsas səbəblərindəndir. Vətəndaşların gündəlik çörək qazanmaq dalınca evdən çıxmasına yol vermək olmazdı. Hökumət bir neçə ay vətəndaşları yaşayış təminatları ilə təmin etməli idi”.

Ancaq hazırda cəmiyyətin əksəriyyəti vəziyyətin cidliyini anladığını qeyd edən Reyhan xanım indi ona müraciət edən insanların əsasən daha yaxşı müdafiə olunmaqla bağlı məsləhətlər almağa çalışdıqlarını qeyd edir. “Ancaq təəssüf doğuran haldır ki, bu hal bütün cəmiyyəti əhatə etməyib və hələ də virusu ciddiyə almayan kifayət qədər insan var”.

 Koronavirusla mübarizənin ağırlığının səhiyyə işçilərinin üzərinə düşdüyünü qeyd edən Reyhan xanım aprel ayının 3-dən həkim yoldaşlarından Şəhla Yusifova və Gülbəniz Məmmədəliyeva ilə birlikdə könüllü şəkildə koronavirus xəstələrinin müalicə olunduğu xüsusi təyinatlı müalicə müəəsilərinin birində çalışdıqlarını bildirdi. 

Həkim Reyhan Tağıyeva bildirdi ki, son zamanlar sosial şəbəkələrdə tibb müəssisələrində müalicə olunan xəstələrə ayrı-seçkilik edildiyini, nüfuzlu himayəçisi olmayan xəstələrə ciddi yanaşılmadığını, dərman çatışmaması  barədə iddialar səsləndirilir. Bu barədə şəxsən mən öz adımdan bildirəm ki, müalicə olunan bütün xəstələrə fərq qoyulmadan tibbi heyyət komanda şəkilində   gecə-gündüz onların  qayğısına qalır, dərman preparatları ilə təmin olunur, pasiyentlərin tezliklə  sağalması və evlərinə dönmələri üçün əlimizdən gələnləri edirik, bilik və bacarıqlarmızı ortaya qoyuruq. 

Həkim bildirdi ki, onun təmsil olunduğu xəstəxanada Koronavirusla mübarizəyə cəlb olunmuş tibb heyyətinin əməyinin qiymətləndirildiyini qeyd etsə də, bu sahədə daha çox işlərin görülməli olduğunu da bildirdi.

A.Nəbiyev, sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti