“Azəriqaz”ın baş direktoru ona müraciət edən vətəndaşlara özü zəng edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” üzərindən ona müraciət edən vətəndaşlarla bundan sonra telefon bağlantısı da quracaq.
Sozcu.info xəbər verir ki, bu barədə “Azəriqaz”ın açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bununla da vətəndaşların problemlərinin daha operativ həllinə çalışılacaq:
"Vətəndaşların problemlərinin daha operativ şəkildə həllini tapması üçün vətəndaşlar bundan sonra gün ərzində ayrı-ayrı saatlarda R. Əliyevin zənglərini qəbul edəcək. Belə zənglər zamanı abunəçilər fikirlərini sərbəst səsləndirməkdən çəkinməsinlər".


Oxşar Xəbərlər

Xəbər lenti