11 toyda monitorinq aparıldı: 4 nəfər cərimələnəndi

Avqustun 23-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 11 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-dən Sozcu.info-a verilən məlumata görə, çonitorinq 8 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 66 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. 


Oxşar Xəbərlər

Xəbər lenti