“İnanmazdım ki, bu qədər arıqlayacağam” -
FOTOLAR
Vasif Haqverdiyev həbs olundu
Polis əməliyyat keçirdi:
148 nəfər SAXLANILDI
Baş nazir prezidentin qərarını tənqid etdi
Yasamalda torpaq niyə bahadır? - 700, 800 min...
Xameneinin vida mərasiminə o da QATILACAQ
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI: Xəbərdarlıq ATƏŞİ AÇILDI
Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanlar -
SİYAHI
Prezidentdən məktəbəqədər təhsillə bağlı
FƏRMAN
Lissabonda səfirliyimiz təsis ediləcək -
SƏRƏNCAM
Jurnalist vəsiqəsi ilə bağlı yeni qərar
Milli Məclis media sahəsində vahid qurumun yaradılmasını ilk oxunuşda qəbul etdi
Əvvəlki
Sonrakı
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Azərbaycan 1 sentyabr qadağasına hazırlaşır
Vaksin olunmaq üçün uzun növbələr yaranıb, "Mall”lar peyvənd pasportunu yoxlamağı mühafizəçilərə tapşırıb, kafe-restoranlar isə indidən "qan ağlayır” ki, qərar sərt karantinin bir növüdür...
Sovet dönəmində 1 sentyabr çox böyük həyəcanla gözlənilirdi. Yeni tədris ilinin başlanması ilə əlaqədar valideynlər və məktəblilər hazırlıq görürdülər. Şagirdlər üçün çantalar, geyimlər, ayaqqabılar, dəftər-qələm, karandaş alınırdı, ailələr üçün xərc yükü olsa da, məktəblilərdə bir bayram sevinci olurdu. İndi isə 1 sentyabr təqvimi bir başqa asossiyasiya yaradır. Çünki nə yeni tədris ili başlanır, nə bayram əhval-ruhiyyəsi var. Əksinə, ajiotaj, izdiham, növbələr, qaçaqaç müşahidə olunur. Səbəb bu tarixdən ölkə ərazisində bütün ticarət mərkəzlərinə, kafe-restoranlara giriş-çıxışın məhdudlaşdırılmasıdır.
Əgər kimsə "COVİD19” vaksini olmasa, sözügedən obyektlərə daxil olması mümksünsüzləşəcək. Buna dolayısı ilə sərt karantinin bir metodu da demək olar. Çünki vaksin olmayan şəxs demək olar heç yerə girə bilməyəcək. Yalnız kiçik ticarət məntəqələrinə, məhəllə marketlərinə vaksin pasportu olmadan girişə icazə verilir. Hətta Daxili İşlər Nazirliyi avqustun 26-da məlumat yayıb ki, mülki geyimli polis əməkdaşları da xidmətə cəlb olunub. Yəni cərimə olunmaq istəməyən mütləq vaksin olmalıdır. Ona görə hazırda poliklinikalarda uzun növbələr yaranıb, onlayn növbə götürmək çətinləşib.
Eyni zamanda, şəhərdəki iri ticarət mərkəzləri, kafe-restoranlar də hazırlıq görməkdədirlər. Onlar özləri gələn müştəriləri yoxlamalıdırlar. Əgər vaksini olmayan şəxs içəri buraxılsa, həm sahibkar, həm müştəri cərimələnə bilər. Ticarət mərkəzləri girişdə mühafizəçilər tərəfindən vətəndaşların vaksin pasportu olub-olmadığını yoxlayacaqlar. Restoranlar da eyni qaydada giriş qapısında bir nəfər saxlamaqla müştərilərdən vaksin sənədi tələb edəcək. Ancaq kafe sahibləri deyirlər ki, vaksin pasportu tələbi onların işinə təsir edəcək. İstər-istəməz vaksin olmayanlar kafe-restoranlara etməyə risk etməyəcəklər.
Hazırda bu məhdudiyyətlərin olacağı səbəbdən peyvənd prosesində böyük ajiotaj yaşanır. Növbə gözləyən vətəndaşlar gözləməkdən giley-güzar edirlər, poliklinikalarda tibbi işçiləri isə axının olduğunu səbəb göstərirlər. Lakin heç də 1 sentyabra qədər bütün əhalini peyvəndləmək mümkün olmayacaq. Hətta deputat Rəşad Mahmudov da bildirmişdi ki, payıza qədər əhalinin 60 faizi belə vaksin olmayacaq. Bununla belə, insanlar tələsirlər, irəlidə cəmi 4-5 gün qalıb. Müşahidələrimizə əsasən, onu da söyləmək olar ki, insanlar arasında son günlər yoluxmaların kəskin artım dinamikasından qorxaraq açıq havada tibbi maska taxanların olduğunu görmək mümkündür. Halbuki açıq havada maska məcburiyyəti aradan qaldırılıb. Söhbətləşdiyimiz insanlar bunu risklə izah edirlər. Onların sözlərinə görə, açıq havada maska tələbi olmaya bilər, amma heç kəs zəmanət vermir ki, yanınan keçən şəxs virus daşıyıcısı deyil. O mənada qabaqlayıcı tədbir görürlər.
"Hazırda COVİD-19 virusunun yeni dalğasının tam ortasındayıq. Koronavirus dalğaları başladığı müddətdən 2-3 həftə ərzində pik həddə çatır. 10 gün pik həddində davam etdikdən sonra yenidən düşüşə keçir”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov belə deyib. O əlavə edib ki, sentyabrın ortalarından müsbət epidemioloji rəqəmlərlə rastlaşmağa başlanılacaq. İcbari Tibbi Sığorta üzə Dövlət Agentliyindən isə bildirilib ki, bəzi vətəndaşların vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət etmələri sıxlığa səbəb olur. Məlumata görə, tibb müəssisələrinin əməkdaşları növbədən kənar müraciət edən şəxsləri hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar:
"Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, peyvənd olunmaq üçün sözügedən elektron xidmətdən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər. Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər isə ərazi üzrə müvafiq poliklinikaya zəng edə bilərlər. Bu zaman onlara qeydiyyatçılar tərəfindən onlayn növbənin götürülməsi üçün köməklik göstərilir”.
Xatırladaq ki, Azərbaycanda ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə getmək istəyən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən "COVID-19” pasportu tələb olunacaq. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarda bildirilir ki, bu il sentyabrın 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, bütün tibb və əczaçılıq müəssisələrinin və bütün elm və təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin "COVID-19”-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. Prezidentin köməkçisi Şahmar Mövsümov açıqlayıb ki, koronavirusdan vəfat edənlərin 99 faizi peyvənd olunmayan şəxslərin payına düşür.
Oxşar Xəbərlər
“Ölüm halları artacaq: Hökumət karantinə məcbur olacaq”
Bərbərxana və gözəllik salonlarına giriş COVID-19 pasportu ilə olacaq
Yeni tədris ilinə nümunəvi hazırlıq növbəti uğurlara zəmin yaradır
ÜST daha çox ölüm vəd etdi: "Yaz kabusu" geri qayıtdı
Xəbər lenti
“İnanmazdım ki, bu qədər arıqlayacağam” -
FOTOLAR
Vasif Haqverdiyev həbs olundu
Bu ərazilərdə güclü yağış yağacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Polis əməliyyat keçirdi:
148 nəfər SAXLANILDI
5 ay ərzində 3 dəfə ərə getdi -Polis araşdırır
“Azərbaycanın dayanaqlı inkişaf modeli beynəlxalq etimadın və sosial rifahın əsas dayağı kimi özünü təsdiq edib”
-Azər Məmmədov
Baş nazir prezidentin qərarını tənqid etdi
Göygöldə mikroavtobus aşdı, yaralılar var
Yasamalda torpaq niyə bahadır? - 700, 800 min...
Xameneinin vida mərasiminə o da QATILACAQ
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI: Xəbərdarlıq ATƏŞİ AÇILDI
Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanlar -
SİYAHI
Prezidentdən məktəbəqədər təhsillə bağlı
FƏRMAN
Lissabonda səfirliyimiz təsis ediləcək -
SƏRƏNCAM
Jurnalist vəsiqəsi ilə bağlı yeni qərar
Milli Məclis media sahəsində vahid qurumun yaradılmasını ilk oxunuşda qəbul etdi
Pensiya artımı ilə bağlı gözləntilər: Payızda...
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi -
FOTOLAR
Azərbaycanlı və erməni "qanuni oğru"lar saxlanıldı
Prezident:
“Odur ki, yenidən borc götürməyə başladıq”
Bu kəndlər qazsız qalacaq
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…
Prezidentdən ŞAD XƏBƏR -
Tezliklə.....
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Prezident Sammit iştirakçılarına müraciət ünvanladı
Kərim Vəliyev təltif edildi
Prezident:
Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
Avro və rubl ucuzlaşdı, dollar isə... –
YENİ MƏZƏNNƏ
SON DƏQİQƏ!
Prezident onları TƏLTİF ETDİ
65 yaşı tamam olan həkimlərə şad xəbər
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
"Arvadım telefona gec cavab verdi deyə onu döydüm"
Bu ərazilərdə qaz olmayacaq
Kürdəmirdə qəza: xəsarət alanlar var
Rusiya və İran arasında böyük RAZILAŞMA:
2 aydan sonra BAŞLAYIR
Rəvan Qarayev:
“Həyat yoldaşım buna icazə vermir”
Bu məhsullar vergidən azad olundu
G7 liderlərindən Ukraynaya böyük dəstək:
Rusiyaya qarşı sərt sanksiyalar gəlir
Magistratura imtahanlarında ölkə birincisi məlum oldu
Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır
Bu sürücülər kəmər taxmaya bilər
Əməkdar artist canlı yayımda ölüm xəbəri aldı
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib
-Fotolar
Nazirlər Kabinetindən aqrar sektorla bağlı QƏRAR
Əli Əsədov bu qərarı TƏSDİQLƏDİ
Prezident Administrasiyasında Asim Mollazadə ilə görüş keçirildi
Sələmə pul verən qadını öldürən qazi imiş... -
Qumarda 50 min manat uduzub
Leyla Əliyeva Almaniyada UNFCCC-in icraçı katibi ilə görüşdü
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Moskva ətrafında təxminən 60 PUA zərərsizləşdirilib
PRİZMA
“Azərbaycanın dayanaqlı inkişaf modeli beynəlxalq etimadın və sosial rifahın əsas dayağı kimi özünü təsdiq edib”
-Azər Məmmədov
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Bu ərazilərdə güclü yağış yağacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
5 ay ərzində 3 dəfə ərə getdi -Polis araşdırır
Pensiya artımı ilə bağlı gözləntilər: Payızda...
Bu kəndlər qazsız qalacaq
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...