“Əgər Avropada 3-cü vaksin tələbi varsa...” – Deputat

“İnsanlar Avropada 3 doza vaksini vurdurmağı tələb edir. 2 doza vaksin o qədər də yetərli olmadığını isbatlayıb. Artıq 3 doza vaksinin vurulması zərurəti gündəmə gəlib”.
Bunu Sozcu.info -ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.
Deputatın sözlərinə görə, 3 doza vaksinin vurulması zəruridir:
“Özüm də 2 doza “Sinovac” vurdurmuşdum. Üçüncü də “Pfizer” peyvəndi olub. Bundan sonra xəstələndim, amma yüngül keçirdim. Testimin nəticəsi 2 dəfə pozitiv çıxıb. 63 yaşında olan adam üçün bu yaxşıdır. Anamın da yaşı çoxdur, amma vaksin olunduğuna görə, xəstəliyi yüngül keçirib.
Dünyanın inkişaf etmiş ölkələrində belə çox ciddi qadağalar tətbiq olunur. Avropada, Asiyada azyaşlılar vaksinasiya olunur. Azərbaycanda da uşaqlar peyvənd olunmalıdır”.


Oxşar Xəbərlər

Xəbər lenti