SON DƏQİQƏ! Azərbaycanda tələbələr kütləvi yoluxdu: Dərslər dayandırıldı

Sentyabrın 29-dan indiyədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 14 qrupunda təhsil alan tələbələr arasında koronavirusa yoluxma faktı qeydə alınıb.
Sozcu.info  xəbər verir ki, həmin qruplar 14 gün müddətinə distant təhsilə keçirilib.
ADPU-nun mətbuat katibi Cavid Hüseynov faktı “Report”a təsdiqləyib.
Onun sözlərinə görə, universitetin poliklinikası və şəhər epidemoloji mərkəzin fəaliyyəti ilə son təmas günü müəyyən edilib və həmin qruplar 14 gün müddətinə distant təhsilə keçirilib: “14 gün bitdikdən sonra yoluxmuş tələbə yenidən test verir və neqativ cavab çıxdıqda dərsə qayıdır. Artıq 2 qrupun yoluxmuş tələbələri bu dövrü bitirib və ənənəvi təhsilə geri dönüblər. Tələbələr arasında virusu ağır keçirən yoxdur”.
Qeyd edək ki, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Texniki Universitetində yoluxma səbəbindən bir neçə qrup distant təhsilə keçib.


Oxşar Xəbərlər

Xəbər lenti