Hava dəyişəndə özünü pis hiss edənlərin DİQQƏTİNƏ! Bu analizi verin, yoxsa...

Hava dəyişiləndə bəzi insanlarda halsızlıq, iş qabiliyyətinin azalması, baş ağrıları, ürək nahiyəsində ağrılar, nəbzin tezləşməsi və s. xoşagəlməz simptomlar meydana çıxır. Ədətən buna "meteohəssaslıq" deyilir.
Sozcu.info-a  Ukrayna mütəxəssislərinin fikrinə görə, meteohəssaslığın səbəbi yüksək xolesterin ola bilər. Alimlərin fikrinə görə, havanın dəyişilməsinə daha çox damarlar reaksiya verir. Damarlar sağlamdırsa, insan havanın dəyişilməsini asan keçirir. Lakin damarlarda xolesterin çoxdursa, damarlar tutulubsa, atmosfer təzyiqinin və havanın digər parametrlərinin dəyişilməsi orqanizm üçün fəsadsız ötüşməyəcək.
Bu səbəbdən mütəxəssislər havaya rəaksiya verən insanlara qanda xolesterini yoxlamağı tövsiyə edir.
Xolesterin normadan yüksəkdirsə, pəhriz, fiziki aktivlik və lazım olduqda müalicə təyin oluna bilər.


Oxşar Xəbərlər

Xəbər lenti