Bu universitetdə 2 qrup distant təhsilə keçdi

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2 qrup distant təhsilə keçib.
Bu barədə Sozcu.info-un sorğusuna cavab olaraq universitetin mətbuat katibi Elnarə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, təxminən 20-yə yaxın tələbədə yoluxma halı qeydə alınıb:
"Yoluxma halı baş verən tələbələrlə bağlı Epidemioloji mərkəzə məlumat göndərilir. 2 qrup 1 həftədir ki, onlayn təhsilə keçib". 
Qeyd edək ki, ali təhsil müəssisələrində ənənəvi tədris sentyabrın 29-da başlayıb. Yaşı 18-dən yuxarı olan tələbələrdən universitet binasına daxil olarkən vaksin pasportu və ya immunitet sertifikatı tələb edilir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}