Mətanətin gəlini od püskürdü: “Gecə-gündüz işləyib balalarıma baxan anayam!”

Əməkdar artist Mətanət İsgəndərli ilə keçmiş gəlini Canana arasındakı qalmaqal davam edir.
Sozcu.info xəbər verir ki, Canana sosial şəbəkədə böyük oğlu Tuncayın yeni videosunu paylaşıb.
Paylaşımında Canana gecə-gündüz çalışıb uşaqlarına baxdığını, lakin məhkəmədə hakimin bunları nəzərə almadığını bildirib:
“Deyir ki, uşaqları havaya çıxarmırdı. Baxsın görsün, mən balalarıma görə nələr edirdim. Vətənpərvər ruhda övladlar böyüdürdüm. Onlar Türkiyədə olanda heç birindən xəbəri belə yox idi. Gecə - gündüz işləyib balalarıma baxan anayam. Hakim qərar verəndə isə bunları görmür, hətta dinləmək belə istəmir”.
Qeyd edək ki, bir müddət əvvəl İsgəndərlinin oğlu Kərimlə Canana arasında məhkəmə prosesi keçirilib. Canananın üç övladı əlindən alınaraq Kərimə verilib. Məhkəmənin bu qərarı uzun müddət sosial şəbəkələrin müzakirəsinə çevrilib. Bir çox məşhurlar bu qərara etirazlarını bildirərək azyaşlı uşaqların anasından alınmağını qınayıblar.


Oxşar Xəbərlər

Xəbər lenti