Havaya tullantı atan obyekt sahibləri cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən atmosfer havasına atılan tullantıların azaldılması və mövcud normalara cavab verməsi məqsədilə Bakı şəhərində fəaliyyət göstərən şadlıq saraylarında nəzarət tədbirləri davam etdirilir. 
Xidmət rəisi Hikmət Əlizadə Sozcu.info-a bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı paytaxtın Xətai rayonunda fəaliyyət göstərən “Neapol”, “Kleopatra”, “Leyla Palace”, “Mirvari”, “Elgün”, “Olivium” və “Qəsr” şadlıq saraylarında təmizləyici qurğuların olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı, “By Şirulla” restoranında isə ümumiyyətlə təmizləyici qurğunun quraşdırılmadığı müəyyən edilib.
“Faktlarla bağlı akt, protokol tərtib edilib və obyekt sahibləri inzibati məsuliyyətə cəlb olunub”.
Xidmət rəisi onu da qeyd edib ki, əməkdaşlarımız tərəfindən monitorinqlər Bakıda, eyni zamanda regionlarda da davam etdirilir.


Oxşar Xəbərlər

Xəbər lenti