Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: 15 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 117 yeni yoluxma faktı qeydə alınıb, 1 581 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sozcu.info-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 603 254 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 574 615 nəfər müalicə olunaraq sağalıb, 8 070 nəfər vəfat edib. 20 569 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 081, bu günə qədər isə ümumilikdə 5 666 466 test icra olunub.


Oxşar Xəbərlər

Xəbər lenti