Təhsil Nazirliyi VACİB məlumat yaydı - Orta məktəblərdə...

Azərbaycanda orta məktəblərdə imtahanların sayı azaldıla bilər.
Musavat.com xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.
Onun sözlərinə görə, imtahanlar və qiymətləndirmələr çoxdur:
“Ümumtəhsildə qiymətləndirmə konsepsiyasına yenidən baxılır. Ola bilsin ki, həmin tədqiqatlar zamanı təkcə ibtidai siniflərdə deyil, digər siniflərdə də müxtəlif imtahanların sayı azaldılsın. Onların əvəzinə daha az sayda olan mərkəzləşmiş imtahanlar olsun. Növbəti illərdə kurikulumlar daha da sadələşdiriləcək”.
R.Əzizov, həmçinin qeyd edib ki, yeni dərs vəsaitlərinin hazırlanmasında sadələşmə müşahidə olunur:
“Məsələn, biz əvvəllər Azərbaycan dilindən dilin mürəkkəb qaydalarını keçirdiksə, artıq daha çox oxuyub anlamağa, yəni dərsliklərimizi insana həyatı boyu lazım olan bacarıqlara uyğun tənzimləməyə çalışırıq”.


Oxşar Xəbərlər

Xəbər lenti