Yasamalda qazi adı ilə pul yığılan parkinqlə bağlı - RƏSMİ AÇIQLAMA + FOTO


Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsində parkinq problemi yaşanır.

Sozcu.info  xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatda heç bir quruma tabe olmayan şəxslərin ərazidə parkinq üçün ödəniş tələb etdiyi bildirilir.

Məlumatlarda qeyd edilib ki, parkinqdə “işləyən” şəxslər avtomobil sahiblərinə yığılan vəsaitin qazilərə xərcləndiyini söyləyir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev açıqlamasında bildirib ki, parklanma üçün rüsumlar müəyyənləşmədiyindən ərazidə parklanmaya görə ödəniş tələb edilməsi qanunsuzdur:

“Əgər küçədə parklanmaya icazə verən müvafiq yol nişanı varsa orada sürücülər nişanda göstərilmiş qaydada səkiyə paralel və yaxud da perpendikulyar olmaqla avtomobillərini park edə bilərlər. Bunun üçün də heç bir ödəniş etməməlidirlər. Çünki bu barədə məlumat da parkinq nişanının altında yazılaraq vurulub.

Ümumiyyətlə, bu cür hallar bizi də narahat edir. Dəfələrlə bu məsələlərdə öz mövqeyimizi bildirmişik ki, kimlərinsə bu formada küçələrdəki parklanma yerlərini mənimsəməsi və orada vətəndaşlardan vəsait toplaması qanunsuzdur. Belə hallarla mübarizə aparmaq səlahiyyəti olan qurumlara da agentlik tərəfindən dəfələrlə müraciət olunub”,- deyə qurum rəsmisi əlavə edib.



Oxşar Xəbərlər

Xəbər lenti