Polisdən əhaliyə XƏBƏRDARLIQ- Bu elanlara inanmayın...-FOTO


Paytaxtın Nizami rayonu ərazisində hüquq-mühafizə orqanları əhaliyə xəbərdarlıq edib.

Hurriyyet.az xəbər verir ki, müxtəlif obyektlərin üzərində yapışdırılan müraciətlərdə saxtakarlardan ehtiyatlı olmaq barədə xəbərdarlıq olunur:

“Son zamanlar bəzi işbazlar müxtəlif elan saytlarında saxta elan yerləşdirməklə, vətəndaşların etibarından sui-istifadə edirlər (kirayə, mobil telefon satışı, işə düzəltmək, müxtəlif xidmətlər və s.). Xahiş olunur bu kimi şəxslərə etibar edib bank kartlarına və ya hər hansı bir hesab nömrələrinə pul göndərməyin”.

Xəbərdarlıq inzibati ərazinin polis sahə rəisi tərəfindən edilib.

Nigar HƏSƏNLİ,
Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}