Ürəkləri sızladan nəğmə- "Şəhid balam"

Bütün ucalıqlardan uca bir zirvə var: Şəhidlik zirvəsi! Bu müqəddəs zirvəyə ucalmaq hər kəsə qismət olmur,yalnız müqəddəs amallar uğrunda çarpışan, Vətən və xalq yolunda canını fəda edən, təhlükədən çəkinməyən,ləyaqətli,cəsarətli insanlar yüksəlir şəhidlik zirvəsinə. Bu müqəddəs məqama çatanlar ölmürlər, əksinə ,ölümləri ilə əbədilik qazanırlar. Xalqın qəlbində ,şeirlərdə, bəstələrdə, nəğmələrdə yaşayırlar. Doğum günu şəhadətə yüksələn qəhramanımızın xatirəsinə Səbail Rayonunda təşkil olunmuş tədbirdə rayon ictimaiyyəti, şəhidin ailə üzvləri, döyüş yoldaşlari və şəhidin xatirəsinə həsr olunmuş klipin yaradici heyyəti iştirak edib. Şəhidin xatirəsi ehtiramla yad edilib, döyüş yolunda gösdərdiyi şücayətinnən,qəhramanligindan danişilib, tədbirin sonunda İlahiyyatçı, Vətən ilahi nəğmələr qrupunun mahir ifaçısı Həci Zahir Mirzəvi ifasında "Şəhid balam" adli klipi təqdim edib. Doğum günu şəhadətə yüksələn qəhramanımızın xatirəsinə çəkilən klip məhz şəhidin doğum gününə 14 oktyabıra təsadüf edib.Klip izləyənləri göz yaşına boğub.Şəhid anasının dilindən ,beynindən süzülən sözləri Həci Zahir Mirzəvi avazı ,yanıqli səsi ilə xalqa çatdırıb.Bu nəğməylə bir daha Yusif ömrü,qəhramanlığı əbədiyyətə qovuşur. "Şəhid balam"adlı ifa şəhid analarına mənəvi dəstəkdir.Onlar bir daha əmin olurlar ki, xalq öz qəhramanını, şəhidini unutmur,xatirələrini əziz tutur.Nəğmələri ilə qəlbləri ovsunlayan, ürəklərdə mərhəmət toxumları əkən Həci bu ifası ,şəhidə verdiyi dəyərlə xalqın gözündə daha da ucaldı. Uğurların bol olsun,Həci Zahir Mirzəvi! Klipi təqdim edirik: Bu linkə daxil olmaqla baxa bilərsiz. https://youtu.be/NB86cn1QzLM



Oxşar Xəbərlər

Xəbər lenti