Dünən, 21:32
Dünən, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
“Mançester Yunayted”in forvardı Kriştianu Ronaldu komandanın növbəti oyununda meydana çıxmayacaq.
Belə ki, mankunianların baş məşqçisi Erik ten Haq oktyabrın 22-nə planlaşdırılan Premyer Liqanın 13-cü turunun oyununun iştirak ərizəsinə portuqaliyalını daxil etməmək qərarına gəlib.
Bu barədə klubdan rəsmi açıqlama verilib. KİV-də yayılan məlumata görə, hücumçu komanda ilə birgə məşqlərdən də uzaqlaşdırılıb. 37 yaşlı futbolçunun fərdi qaydada çalışmalı olacaq.
Xatırladaq ki, dünən futbolçu “Tottenhem”lə matçda (2:0) oyunun son dəqiqələrində meydana çıxmaqdan imtina edib və stadionu vaxtından əvvəl tərk edib.\\Metbuat