Əhalini 12 ildir aldadırlar - ABSURD


oliqarx deputatlar, məmur və hüquqşünasların xalqa məxsus əmlaklarını öz çirkli pulları ilə ələ keçirmək hiyləsidir.

Hüquqşünas alimlərin elmi-praktiki araşdırmalarından məlum olur ki, hələ 2000-ci ildə yeni özəlləşdirmə qanunu qəbul olunan zaman, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri və oliqarx məmurlar, o vaxtkı deputatların hüquqi savadsızlığından, qiymətli kağızlar barədə məlumatsızlığından istifadə edərək, “Özəlləşdirmə haqqında” qanuna Konstitusiyanı pozan və qanunlara zidd əlavələr etməklə öz məqsədləri üçün istifadə ediblər. Belə fərmanları imzalatdıranların məqsədi Prezidentə əlavə səlahiyyətlər vermək deyil, burada əsas məqsəd - Konstitusiyanı, qanunları və beynəlxalq insan hüquqlarını pozmaqla özəlləşdirmənin aparılmasında maraqlı olan oliqarx məmurların gələcəkdə məsuliyyətdən yayınmaq və məsuliyyəti ölkə başçısının üzərinə atmaq niyyətidir. Ulu Öndər Heydər Əliyevin və dövlətin siyasətinin, tarixi sosial ədalət yolunun pozulması, həm də Konstitusiya və qanunların, beynəlxalq insan hüquqlarının pozulması faktlarının cinayət olması “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 9 və 11-ci maddələrində öz əksini tapır.

mülkiyyət hüquqlarının sahibi deyil. Konstitusiya və qanunlarla dövlət artıq bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65% Əmlak Payını – mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan heç kimə sata bilməz. İnvestor qanunla ödəmənin ən azı 65%-ni özəlləşdirmə çeklərinin nominal dəyəri ilə etməlidir. Prezidenti və xalqı aldadan məmurların cəzası ağır olacaq. (FAKTLAR)

Ulu Öndər Heydər Əliyevin dövlətçiliyə və xalqa olan münasibəti özəlləşdirmə məsələsinə böyük həssaslıqla yanaşmasında öz əksini tapır. Xalqının qeyrətli oğlu kimi tarixi sosial ədalət prinsipini əsas tutaraq kapitalizmə dinc keçid üçün 1997-ci ilə qədər anadan olan bütün ölkə vətəndaşlarına bərabər mülkiyyət olmaqla, Miras Əmlak Payını dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri ilə verdi. Özəlləşdirmə prosesinin uzun müddət çəkə biləcəyini nəzərə alaraq, Ulu Öndər bu əmlak paylarını qanunla inflyasiyadan qorunan mülkiyyət payı kimi verdi.

Hələ 1997-ci ildə Əmlak Komitəsi hər özəlləşdirmə payına (4 çek) düşən dövlət əmlak ekvalentinin ən azı 2000 ABŞ dolları olduğunu öz 222 N-li əmri ilə təsdiqlədi. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi.

Ulu Öndər Heydər Əliyevin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir. Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq 35%-nin pulla satışını həyata keçirə bilər.

Cənab Prezidenti aldatmaqla, gələcəkdə vətəndaş qarşıdurması yaratmaq kimə lazımdır? Xalqda hakimiyyətə və məmurlara qarşı nifrət, vətəndaşlarda və xarici investorlarda Konstitusiyaya, qanunlara və dövlətçiliyimizə inamsızlıq yaratmaq kimlərin marağındadır? Bəzi oliqarx məmurların yaratdığı belə durum tarixi sosial ədaləti tapdamaq və böyük sosial narazılıq dalğasına səbəbiyyət vermək deyil? Ən əsası, həmin oliqarx məmurlar cənab Prezidentin dəfələrlə bəyan etdiyi “Dövlət olaraq ya Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyik, ya da məhvə doğru gedəcəyik” tezisini nə tez unudublar?!

 

Müəllif: Özəlləşdirmə Çekləri Qrupu

Mənbə: Ayna.Az



Oxşar Xəbərlər

Xəbər lenti