Dünən, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 44 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 2 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 823 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 618 nəfər müalicə olunaraq sağalıb, hazırda 220 aktiv xəstə var. Bu günə qədər 9 967 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 101, bu günə qədər isə ümumilikdə 7 349 698 test icra olunub.