Bakıda məktəbli qız vəfat etdi -
Foto
Sevinc Yusubova işdən azad edildi
İlham Əliyev Pezeşkianı təbrik etdi
Yanvarda bu məhsullar BAHALAŞDI -
SİYAHI
İlham Əliyev bu sazişi təsdiqlədi
Ramiz Mehdiyevin ev həbsi haqda QƏRAR VERİLDİ
İlham Əliyevlə Cey Di Vensin məhdud tərkibdə görüşü başlayıb
İlk işi Saleh Məmmədovun qudasını işdən çıxarmaq oldu-
FOTO
SON DƏQİQƏ:
Prezident onu nazir TƏYİN ETDİ
Tərtər hadisələri və Hikmət Həsənov: “Həmin dövrdə o...”
Azərbaycan nefti bahalaşdı
Məşhur general Ayaz Həsənov məhkəməyə verildi: Bağ evini satarkən verdiyi sözə əməl etməyib
-Detallar
Əvvəlki
Sonrakı
Tərtər hadisələri və Hikmət Həsənov: “Həmin dövrdə o...”
Dünən, 11:11
İsrail hərəkətə keçdi
DƏHŞƏTLİ zərbələr endirilir
30-01-2026, 23:21
Abbasovun evində axtarış aparılıb
– “Mehdiyev işi” üzrə istintaq genişləndirilir
28-01-2026, 11:19
“Delta Force” İranda kimləri həbs edəcək?
23-01-2026, 21:08
Təbrizdə hərbi vəziyyət elan edildi
15-01-2026, 21:37
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Nizami icra başçısının qarajındakı göz oxşayan avtomobillər
- Arif Qasımovun əzəmətli və dəbdəbəli KRALLIĞI
Bir neçə il qabaq Bakının Nizami Rayon İcra Hakimiyyəti (RİH) başçısı Arif Qasımovun əzəmətli, dəbdəbəli, orta əsr krallarına yaraşan iş kreslosunun fotosu yayımlananda ictimaiyyət tərəfindən qınaq və ironiya ilə qarşılandı.
Misir fironlarının sərdabəsinə bənzər, qol-qanadlı, təvazökarlıqdan qat-qat uzaq həmin kabinet kreslosu həm Azərbaycan məmuriyyətin vəzifəpərəstliyini simvolizə edirdi, həm də A.Qasımovun daxili xarakterini, o cümlədən yiyələndiyi sərvətlərin həddi-hüdudu olmadığına ismarış verirdi.
Əfsus ki, cəmiyyətin politik kontingenti sosial mediada onu yaylım atəşi ilə tənqidə tuş gətirəndə yanıldı, ictimaiyyət Nizami RİH başçısının biznes səltənətənin imkanlarını dəyərləndirə bilmədi.
Yalnız bu günlərdə mətbuatda tirajlanan mal-mülk, biznes siyahısı isbat etdi ki, İmişlinin həbs edilən keçmiş başçısı Vilyam Hacıyevin evindən çıxan sərvəti A.Qasımovun milyonlarının qarşısında qəpik-quruşdur.
Bu barədə geniş araşdırma aparan Anaxeber.info məlumat verir ki, A.Qasımov paytaxtın strateji və böyük rayonlarından biri olan Nizamiyə İH başçısı təyin olunan gündən kəhkəşanını imperatorların var-dövlətləri səviyyəsinə çatdırıb.
Onun Siyəzən rayonun rəhbərlik etdiyi dövrdən biznes imkanları geniş olub. Bu gün də Siyəzəndə obyektləri, torpaq sahələri nəzarətindədir.
Amma Siyəzəni Nizami rayonu ilə müqayisə etmək olmaz. Bakının gəlirli, qazanclı rayonlarından birinə icra başçısı gəlməklə gəlirlərin onqat artırıb.
Bütün bunlar isə həm abadlıq-quruculuq işlərinə ayrılan vəsaitlərin mənimsənilməsi, həm rayonun gəlir gətirən yerlərinin arendaya verilməsi, həm də yaşıllıqların məhv edilərək ərazilərin satılması hesabına olub.
Hazırda Nizami rayonunda ağacların kəsilməsi prosesi səngiyib. Çünki A.Qasımovun təlimatı əsasında Qara Qarayev prospektində meşəlik qalmayıb. Bu ekoloji cinayətlərin törədilməsində nə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, nə digər qurumların icra başçısına gücü çatmadı.
Hazırda Q.Qarayev prospekti boyunca başdan-ayağa sağ-sol, hər tərəf, səkilər, "Neftçilər” metrosunun çıxışları, ağaclıqlar satılıb.
Buna razidən keçən hər bir oxucu şahid ola bilər. Metronun üstündə "Mustafa Tayat”, "LC WAIKIKİ” kimi mağazalar şəbəkələri məhz səkinin zəbt edilib satılması əsasında tikilib.
Eyni zamanda "Vosmoy” bazarına gedən yolun hər iki tərəfində ağaclar kəsilib, səkilər zəbt edlib. Bütün bu özbaşınalıqlar icra başçısının razılığı əsasında həyata keçirlib. Nəticədə A.Qasımov varlanıb. Çünki həmin ərazilərdə obyekt tikməyin qiyməti fantastik bir məbləğdir.
Sadəcə, A.Qasımov hər yeri satıb qurtardığına görə artıq Q.Qarayev prospektində boş ərazi tapmaq olmur, indi binaların qarşısı, həyətləri, ara yollarda massivlər sahibkarlara satılır. Təbii ki, Nizami RİH-nin sərəncamları əsasında bu qanunsuzluqlar həyata keçirilir.
Əgər qara maskalılar Nizami İH-də əməliyyat keçirmiş olsaydılar, A.Qasımovun bu əməlləri, qazandığı vəsaitlər, artan gəlirləri üzə çıxarılsaydı, böyük bir korrupsiya şəbəkəsi ifşa edilərdi.
Çünki ötən həftə A.Qasımovun açıqlanan əmlakları, restoranlar, mülklərinin siyahısı təsdiqləyir ki, bu qədər varidata qısa müddətdə yalnız oğrulanmış, talan edilmiş, yağmalanmış, bir sözlə, korrupsiya hesabına nail olmaq mümkündür.
Ona görə də ictimaiyyət Nizami icra başçısının iş kreslosuna istehza edəndə, güləndə tələsdi, bu qədər sərvətə malik olan məmura elə bu cür bahalı kreslo yaraşar.
A.Qasımov təkcə korrupsiya pulları ilə gündəmdə olmayıb. Onun adı MTN işi, müxtəlif əməliyyatlarda, rayonun inkişafını tormozlamaqda hallanıb.
Bu dərəcədə odiozlaşmış, rayonda hər hansı müsbət işi ilə ad qazanmamış icra başçısının indiyə qədər vəzifədə qalması da təəccüblüdür.
Bu gün paytaxtın Nizami rayonuna işləyən, fəaliyyəti şəffaf, enerjili, gənc, prezidentin islahatlarına uyğun kadr rəhbər gətirilməlidir. Necə ki, Xətaini başdan-başa satan Razim Məmmədov kimi icra başçısı işindən kənarlaşdırıldı.
Yeri gəlmişkən, Arif Qasımov 600 min manatlıq maхinasiyada ittiham olunmuşdu. Belə ki, prezident İlham Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onu icra başçısı təyin etdirəcəyini vəd etmişdi.
Məlumata görə, bu işdə o vaxt Siyəzən İcra Hakimiyyətinin başçısı işləyən Arif Qasımov da iştirak edib. Hər halda 600 min manat pulu alınan iş adamı istintaqa ifadəsində belə deyib.
O, istintaqçılara bildirib ki, Həsən Əliyev ondan külli miqdarda pulu aldıqdan sonra onu Arif Qasımovun yanına göndərib.
Mediada yayılan xəbərlərdə ona da rast gəldik ki, Qasımov üçün Bakıya qapıların açılmasının səbəbkarı bəlkə də bir çoxlarına qəribə gəlsə də, elə Eldar Mahmudov olub.
Arif Qasımovun hakimiyyətdə bir sıra əlaqələri varmış. Lakin bu əlaqələrin ən başlıcası Eldar Mahmudov və onun qurulmasında isə tək vasitəçi qayınının böyük zəhməti olub. Arif Qasımovun paytaxt rayonlarından birinə transfer olunacağı «MTN işi» olayından 1 il əvvələ təsadüf edəcəkdi. Lakin Eldar Mahmudovun başının bəzi işlərə qarışıq olması onun təyinatını yubatmağa başladı.
Mətbuatda gedən xəbərlərə istinadən onu da bildirək ki, Arif Qasımov Bələdiyyə sədri vəzifəsində çalışanda, onun Rəhimov Nurəli Qəzənfər oğlu adlı müavini olub.
A.Qasımovun bütün qanunsuz işlərini bu adam görüb. Onun əli ilə Nizami rayonunda çoxlu sayda geniş torpaq sahələri, bir neçə obyekt və s. əldə edə bilib.
Nurəli Rəhimov rəhmətə gedəndən sonra, o, əmlak məsələləri ilə bağlı saxta sənədləşmə işlərini görə biləcək etibarlı adam axtarışına çıxıb.
Bu zaman həm də mərhum müavininin xidmətlərinin qarşılığı olaraq, onun qardaşı Rəhimov Abbas Qəzənfər oğlunu Bələdiyyədə işə düzəldib.
Həmin vaxtdan da A.Qasımovun bütün çirkli əməllərini qardaşı Nurəli Rəhimovun əvəzinə, Abbas Rəhimov yerinə yetirməklə məşğuldur.
Ən nəhayət, bu günlərdə açıqlanan yeni sərvət siyahısını yada salmaq yetərlidir. Hər halda A.Qasımov həbs edilən icra başçılarından milyonçuluqda geri qalmır.
Beləliklə;
– Bakının Nizami rayonunda yerləşən, keçmiş OMON-un binasının yanında, 30 sot torpaq sahəsinin içərisində tikilmiş "Amazon” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;
– Nizami rayonu, Elşən Süleymanov küçəsi 80-də, 8 sot torpaq sahəsinin içərisində yerləşən "Kölgə” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;
– Nizami rayonunda yerləşən məşhur "Neolit” restoranına şərikdir. Belə ki, bu restoranın səhmlərinin 50 faizi A.Qasımova məxsusdur;
– Nizami rayonu, Əli Vəliyev küçəsi 24-də ("Ruslan 93” kimi tanınan mağazanın arxasında) 8 nəfərin adına sənədləşdirilimiş torpaq sahəsi. Bölgüdə hər bir şəxin adına 10 sot torpaq sahəsi qeyd olunub. Bunların arasında icra başçısının qaynı və həyat yoldaşının adı da var. Ən maraqlısı isə odur ki, Arif Qasımov son vaxtlar bir çox əmlakı ilə yanaşı, sözügedən 80 sot torpaq sahəsini də satışa çıxarıb. Həmin ərazinin dəyəri təxminən 8 milyon manatdır;
– Sabunçu rayonu, Ramana qəsəbəsində, "Şuşa şəhərciyi” adlanan ərazinin yaxınlığında 150 hektara yaxın torpaq sahəsi. Hazırda bu ərazi də satışa çıxarılıb;
– Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində ("Xəzər” Universitetinin arxasında) əslən Şərurdan olan Elsevər adlı iş adamı ilə şərikli binalar. Hazırda bəzi binaların tikintisi davam edir. Tikintiyə icra başçısının oğlu nəzarət edir;
– 2011-ci ildə Nizaminin Bələdiyyə sədri olduğu vaxtlar qanunsuz yolla əldə etdiyi, Şərq küçəsi 40/85-də yerləşən və 10 nəfərin adına sənədləşdirilən torpaq sahəsi. Bölgüdə hər bir vətəndaşın adına 6 sot torpaq sahəsi rəsmiləşdirilib.
– Nizami rayonu, Şərifli küçəsi 808-ci keçiddə yerləşən qara mərmərdən üzlənmiş milyonlarla dəyəri olan villa. Mənbə deyir ki, bu villanın altında böyük yaşayış kompleksinin qarajı qədər geniş olan yeraltı qaraj var. Burada A.Qasımovun dəyəri milyonlarla dollar olan maşın kolleksiyası yerləşir. Bildirilir ki, villanın qarajında qiyməti 360 min dollar olan "Mercedes-Maybach”, 300-350 min dollarlıq "Gelendevagen Brabus”, 220 min dollarlıq "Mercedes GL”, həmçinin təxminən bu qiymətlərdə "Range Rover Sport”, "Mercedes S-klass” və s. markalı 30-a yaxın avtomobil var. Şübhə yoxdur ki, aidiyyəti qurumlar bir gün Nizaminin icra başçısının da "qapısını döyəndə” həmin qarajdakı göz oxşayan avtomobillərin hamısı üzə çıxacaq;
– Nizami rayonunda, Vərəm Disponserinə yaxın ərzidə "Çayla” çay evi yerləşən 3 mərtəbəli bina. Çoxları həmin obyektin Rəcəb adlı şəxsə məxsus olduğunu düşünür, əslində isə icra başçısı onunla şərikdir. Üstəlik diqqətli oxucularımız ərazidən keçərkən görəcəklər ki, bu bina tikilən zaman kobud qanun pozuntusuna yol verilib. Belə ki, döngədə yerləşən bina yolun yarısını tutub.
– Xətai rayonu, Keşlə qəsəbəsində (NZS pivə zavodunun yanında) 4-5 ədəd villa və hər birinin qarşısında da obyektlər;
– Xızı rayonu, "6 ağac” adlanan ərazidə hektarlarla torpaq sahəsi;
– 2011-2015-ci illərdə Siyəzən rayonunda icra başçısı işləyən dönəmdə böyük ərazidə quşçuluq ferması açıb ki, hazırda da fəaliyyət göstərir.
Bir dövlət məmuru topdağıtmaz biznes imperiyasına aldığı maaşla necə sahiblənə bilər? - Sual ritorikdir, bizsə Nizami İH-nin mövqeyini dərc etməyə hazırıq.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Sozcu.info
Oxşar Xəbərlər
ARİF QASIMOV VƏZİFƏSİNDƏN AZAD OLUNUR
Nizami rayonunun “GƏNC ŞAHZADƏSİ” kimdir?FOTO
Nizami rayonuna 2 ildir rəhbərlik edən Arif Qasımovu tanıyırsınızmı? - İLGİNC FAKTLAR
"Yataqxanada kirayəşin yaşayan və ayda 124 manat kirayə haqqı ödəyən" icra başçısının ŞOK SƏRVƏT SİYAHISI
Xəbər lenti
Bakıda məktəbli qız vəfat etdi -
Foto
Pensiyalar ödənildi -
RƏSMİ
Sevinc Yusubova işdən azad edildi
Elza Seyidcahandan fəxri ad istəyən həmkarlarına irad
İlham Əliyev Pezeşkianı təbrik etdi
Yanvarda bu məhsullar BAHALAŞDI -
SİYAHI
Azərbaycanda orta aylıq əməkhaqqı 1100 manatı ötüb -
RƏSMİ
Saat 10:00-da işıq kəsiləcək -
Bu ərazilərdə
Radiatorun arxasına bir parça qoyun, istiliyi ikiqat artırın
Bakıda daha bir ərazidə böyük söküntü -
Sakinlərə bildirişlər paylanılıb
Artımlarla birgə fevralın pensiyaları bu tarixdə veriləcək -
Dəqiq gün məlum oldu
İlham Əliyev bu sazişi təsdiqlədi
Ramiz Mehdiyevin ev həbsi haqda QƏRAR VERİLDİ
Pensiya artımları belə hesablanacaq? -
AÇIQLAMA
İlham Əliyevlə Cey Di Vensin məhdud tərkibdə görüşü başlayıb
İlk işi Saleh Məmmədovun qudasını işdən çıxarmaq oldu-
FOTO
Səhər saatlarında ağır qəza -
Ölən var
SON DƏQİQƏ:
Prezident onu nazir TƏYİN ETDİ
Aqrar Sığorta Fondunun fiziki şəxs Mətanət Əliyeva ilə bağladığı müqavilədə nə kimi şübhəli məqamlar var
Tərtər hadisələri və Hikmət Həsənov: “Həmin dövrdə o...”
Pensiyalar nə qədər artıb?
- Nazir müavini açıqladı
Qədr gecələrinin vaxtı açıqlandı
Azərbaycan nefti bahalaşdı
Məşhur general Ayaz Həsənov məhkəməyə verildi: Bağ evini satarkən verdiyi sözə əməl etməyib
-Detallar
Prezidentin gəlini Göygöldən paylaşım etdi
-Foto
Sürücülərin NƏZƏRİNƏ!-
Sürət həddi endirildi
Əməkdar jurnalistin vəziyyəti pisləşdi:
7 saat əməliyyatda qaldı - FOTO
Bir ailənin faciəsi, 50 minlik kredit və 21 saylı notariusla bağlı ağır iddialar
Bankomatda dayanıb pensiyaçılara tələ quran saxlanıldı
Azərbaycan neftinin SON DƏQİQƏ qiyməti
Zaur Axundova cinayət işi açıldı-
Böyük yeyinti
Bu qərar hər kəsin maaşına təsir edəcək:
700 min vətəndaşa ŞAD XƏBƏR
Nəcməddin Sadıkovun müavini olmuş general ilə bağlı məhkəməyə müraciət olundu
Özbəkistanlı yükgöndərənlərlə Orta Dəhliz üzrə daşımaların artırılması imkanları müzakirə olunub
Haqqın zəfəri: Təhsildə idarəçilik və mənəvi ucalıq nümunəsi
-Fotolar
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşaqdan xəbər var
Bu qərar hər kəsin maaşına təsir edəcək:
700 min vətəndaşa ŞAD XƏBƏR
Azərbaycanda həkimlər rüşvətə görə həbs edildi
Zərərsiz bildiyimiz vərdişlər xərçəngə aparır -
Onkoloqdan xəbərdarlıq
Aybəniz Haşımovaya vəzifə verildi
Rəqsanə həbsdə yazdığı kitabı təqdim edəcək
Prezident bu şirkətlərin rəhbərlərini qəbul etdi -
FOTOLAR
Qərbi Azərbaycan İcması Fransa senatının təxribatçı qətnaməsini pisləyib
Bakıda söküntü işləri: Hansı hallarda pul və ya mənzil verilir? –
Şərtlər açıqlandı
DİN-dən ƏMƏLİYYAT-21 kq narkotik...
Qar və küləklə bağlı əhaliyə
XƏBƏRDARLIQ EDİLDİ
Prezident ailəsi Gəncə Autizm Mərkəzini ziyarət etdi -
FOTOLAR
TƏCİLİ:
Təyyarə Bakıda məcburi ENİŞ ETDİ
Gürcüstanda Şərq-Qərb magistralı BU TARİXƏDƏK hazır olacaq
Fevralın 9‑da bu bayram qeyd olunur
PRİZMA
“Xəzər asayişi” Alyansının təməlləri atılır
-Xəqani Cəfərli yazır
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
Qənimətlə Tural Trampa 1 milyardı necə verdilər?
SOSİAL
1
2
3
4
5
6
Pensiyalar ödənildi -
RƏSMİ
Elza Seyidcahandan fəxri ad istəyən həmkarlarına irad
Azərbaycanda orta aylıq əməkhaqqı 1100 manatı ötüb -
RƏSMİ
Saat 10:00-da işıq kəsiləcək -
Bu ərazilərdə
Radiatorun arxasına bir parça qoyun, istiliyi ikiqat artırın
Bakıda daha bir ərazidə böyük söküntü -
Sakinlərə bildirişlər paylanılıb