12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sozcu.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 824 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 872 nəfər müalicə olunaraq sağalıb, 9 975 nəfər vəfat edib, aktiv xəstə sayı 280 nəfərdir.
Ölkədə son sutka ərzində 2043, hazırkı dövrədək isə 7 365 617 test aparılıb.