12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
“Rusiya kəşfiyyatı ən kiçik informasiyanı belə böyütməyə meyllidir. Bundan əvvəl ABŞ və Fransa öz vətəndaşlarına Rusiya və Belarusu tərk etmə barədə göstəriş verib”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib.
O, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) yayımladığı son xəbədarlığı şərh edib.
Xatırladaq ki, SVR bu ilin yanvarında ABŞ kəşfiyyatının Rusiya və digər MDB ölkələrində terror aktları törətməyə 60 yaraqlını cəlb etdiyini bildirb.
İ. İsmayıl bu məsələnin siyasi tərəfinin daha çox güclü olması rəyindədir:
“60 suriyalının – keçmiş İŞİD nümayəndəsinin MDB ölkələri ərazisinə, o cümlədən Orta Asiya və Azərbaycana keçirilə bilər. Hərçənd böyük şübhələr var. Hər halda bu, bir informasiyadır və məncə, Azərbaycan da bunu nəzərə almalıdır. Çünki Azərbaycan həmişə beynəlxalq terrorizmin hədəfində olan ölkədir. Qlobal güclər də maksimum çalışır ki, vəziyyətdən yararlansınlar, təsir altında saxlasınlar və bu istiqamətdə birgə informasiya mübadiləsi aparsınlar”.
Təhlükəsizlik mütəxəssisinin sözlərinə görə SVR-in informasiyasına "yalandır" deyib üstündən keçmək olmaz:
“Məsələn, telefon zəngi olur ki, filan yerə bomba qoyulub. Bunun yalan olduğunu hiss etsən də, mütləq yoxlamalısan. Mənə elə gəlir ki, Azərbaycanın xüsusi xidmət orqanları bu istiqamətdə ayıq-sayıq olmalıdır. Çünki İŞİD-in Əfqanıstanda, İraqda, Suriyada cəmləşmiş yaraqlıları var. Onların hədəfində isə yalnız pul qazanmaq durur. Ona görə də terror hadisələri törətmək onlar üçün çox vacib bir məsələdir”.
Müsahibimiz Moldova prezidenti Maya Sandunun “Rusiya ölkəmizdə təxribat və çevriliş törətmək istəyir” açıqlamasına da toxunub.
O, “Rusiya bununla əvvəldən bütün şübhələri ABŞ-ın üstünə ataraq MDB-də, ən əsas da Moldovada hər hansı bir təxribat törədə bilərmi” sualına belə cavab verib:
“Maya Sandunun mövqeyi Rusiyanı qane etmir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov son mətbuat konfranslarının birində dedi ki, Sandu Moldovanı Ukraynaya çevirmək istəyir. Yəni Rusiya Moldovada yeni bir “əməliyyat”a başlaya bilər. Odur ki Rusiyadan Moldovaya müdaxilə addımını gözləmək mümkündür”.
İ. İsmayıl bildirib ki, Moldovanın coğrafi mövqeyi Rusiya bir qədər çətin vəziyyətdə qoyur:
“İndiki məqamda bu mümkün deyil, amma Rusiyanın hazırda Dnestryanıda qoşunları mövcuddur. Rusiya Dnestryanıdakı qoşunları vasitəsilə Moldovada təxribatlar törə bilər. Çünki Moldovanın güclü ordusu yoxdur. Bununla da Rusiya Dnestryanı məsələsini yenidən gərginləşdirə bilər. Amma Ukraynadakı müharibəyə görə o, ikinci cəbhə açmaq istəməz, bu, Kremlə heç cür sərf etmir. Sadəcə olaraq, Moskva Kişineuya diplomatik təzyiqlərini davam etdirir ki, Moldovanı bu və ya digər addımlardan çəkindirsin. Eləcə də təkcə Moldova kömək edən Avropa İttifaqı və NATO-nu bu isiqamətdən çəkindirmək niyyəti güdür”.