12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Millət vəkili hansı kateqoriya işçilərin əmək haqqılarında artımın olacağını açıqlayıb
"Azərbaycan Prezidenti cənab İlham Əliyev müəllimlərin əmək haqqlarının artırılması barədə sərəncam imzalayıb. Sərəncamla müəllimlərin aylıq vəzifə maaşları bu aydan etibarən orta hesabla 10 faiz artırılıb". Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.
Millət vəkili bu kateqoriya işçilərin əmək haqqılarında artımın olacağını qeyd edib: "Dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər; Həmin müəssisələrin direktor və direktor müavinləri; Gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri; Dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər; Həmin müəssisələrdə gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərləri; İdarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilər".
Müəllimlərin əmək haqqlarının artırılması ilə bağlı təkliflərin bu ayın 5-dək hökumətə təqdim olunduğunu vurğulayan CESD sədri əlavə edib ki, öncədən qeyd olunduğu kimi, sərəncamın fevralın 23-də imzalanmasına baxmayaraq, maaş artımları fevralın 1-dən hesablanacaq.