Vətəndaşlara Gürcüstana getməmək tövsiyə edilir


Sozcu.info “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya hökuməti Gürcüstandakı vəziyyətlə əlaqədar öz vətəndaşlarına bu ölkəyə getməməyi məsləhət görüb. Hazırda Gürcüstanda olanlara isə Tbilisi ilə Batumi şəhərlərinin mərkəzlərinə getməmək tövsiyə edilir.

Bu tövsiyələr Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən dərc edilib.

Bəlli olduğu kimi son günlərdə, Gürcüstanın paytaxtında və digər şəhərlərində kütləvi etiraz nümayişləri keçirilir.

Hürr Tərcüman



Oxşar Xəbərlər

Xəbər lenti