Qardaş ölkəyə ilk yardım göstərən və ən çox axtarış-xilasetmə dəstələri göndərən məhz Azərbaycan olmuşdur

Martın 16-da Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Fövqəladə zirvə görüşünün Ankarada keçirilməsi ölkə başçımız İlham Əliyevin təşəbbüsü ilə həyata keçmişdir. Bu təşəbbüsü irəli sürməkdə əsas məqsəd Prezident İlham Əliyevin Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar dəstək olmaq istəyindən irəli gəlmişdirTəbii ki, heç bir ölkə təbii fəlakətdən sığortalanmayıb. Sammitin də məqsədi  bu sahədə praktiki əməkdaşlığın müzakirəsi və təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında dəstəyin nümayiş etdirilməsidir. Eləcə də, mülki-müdafiə sahəsindən əməkdaşlığın gücləndirilməsi idi.

Sammitin açılışında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan bu təşəbbüsə görə öz təşəkkürünü bildirmişdir. Bu bir daha göstərdi ki, bu addım qardaş ölkə ilə Azərbaycan arasında qarşılıqlı dəstəyin müttəfiqliyin və hörmətin bariz nümunəsidir. Bunlardan biri də budur ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 İyun - Milli Qurtuluş Günündə imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə bu yaxınlığın, birliyin, doğmalığın, dostluğun və qardaşlığın yeni - qızıl dövrü başladı. Əminik ki, bu mühüm tarixi sənəd iki qardaş dövlətin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və qlobal rolunu, çəkisini daha da artıracaq. Bütün bunlar göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək zirvəsinə ucalıb. 44 Günlük Vətən müharibəsində,düşmənə öz layiqli cavabının verilməsində, otuz illik işğala son qoyulmasında və Azərbaycanın ərazi bütövlüyünün bərpasında qardaş ölkənin mənəvi-siyasi dəstəyini dövlətimiz və xalqımız heç vaxt unutmayacaq. Eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı tarixi bağlara malik olmağımız ölkələrimizi daha da yaxınlaşdırır və xalqlarımızın sevincli, kədərli günlərdə hər zaman bir-birinin yanında olmalarının vacib şərtlərindəndir.
Bu münasibət hər iki ölkə arasında getdikcə güclənəcək daha da möhkəmlənəcək. Ölkəmiz hər zaman türk dünyasının birləşməsinə öz töhfəsinin verib və bundan sonra da türk dünyasının birliyinə sadiq qalacaqdır.
Türkiyədə baş vermiş fəlakət on minlərlə insanın həyatına son qoymuş, on minlərlə ailələr evsiz-eşiksizqalmışdır. Zəlzələnin baş verdiyi gündən türk dövlətləri Türkiyəyə humanitar yardım etməklə bərabər, həm də xilasetmə qrupları da hadisə yerinə göndərmişdir. Ölkə başçımız İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin zərər və ziyanlarına dəstək məqsədilə qardaş ölkəyə yardım göndərilmişdir. Eyni zamanda xalqımız da qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib.Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaq.

Vüsalə Kazımova 
Suraxanı rayonu172 nömrəli tam orta məktəbin Məktəbdən kənar və sinifdən xaric tərbiyə işi üzrə təşkilatçı

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}