Ukraynadakı müharibə illərlə davam edə bilər


Hurriyyet.az “Ukrainskaya pravda” kanalına istinadla xəbər verir ki, Polşanın Baş naziri Mateuş Moravetski NBC News kanalına müsahibəsində Ukraynadakı müharibənin bir neçə il davam edəcəyini bəyan edib.

Moravetski deyib: “Biz dəqiq bir tarix demirik, sadəcə cəbhədə, döyüş meydanında baş verənləri müşahidə edirik. Buna müvafiq olaraq, vəziyyətə uyğunlaşmağa, diplomatiyamız vasitəsi ilə Qərbi Avropadan olan tərəfdaşlarımızla Ukraynanı dəstəkləməyə çalışırıq”.

Jurnalistin müharibənin hətta bir neçə il davam edə biləcəyi sualının cavabına Baş nazir müsbət cavab verib.

Mutavetski, bu yaxınlarda aşkara çıxan məxfi sənədlərə rəğmən, ABŞ-ın xüsusi xidmət orqanlarına etibar etdiklərini söyləyib. O, Polşanın ABŞ xüsusi xidmət orqanları ilə tez-tez təmasda olduğunu, şəxsən özünün isə  bu orqanların koordinatoru, Milli Kəşfiyyatın direktoru Avril Heyns ilə iki dəfə görüşdüyünü əlavə edib.

Hürr Tərcüman



Oxşar Xəbərlər

Xəbər lenti